Orta şərq » İran "5+1" ölkələrinin təklifinə sabah cavab verəcək
İran "Tehran" nüvə laboratoriyasının yanacağı ilə bağlı "5+1" ölkələrinin təklifinə sabah cavab verəcək.

Mehr agentliyinin oktyabrın 28-də yaydığı məlumata əsasən, İranın MAQATE-dəki nümayəndəsi Əliəsğər Soltaniyyə sabah MAQATE-nin Baş katibi Məhəmməd əl-Bəradei ilə görüşəcək və "5+1" ölkələrinin "Tehran" nüvə laboratoriyasının yanacağı ilə bağlı təkliflərinə İranın yekun cavabını verəcək.

Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın. Əl- Bəradei İrandan 3.5 fazilik uranın təhvil alınması və 20 faizadək zənginləşdirilməsi ilə bağlı müqavilənin ilkin variantını hazırlayaraq İrana təqdim etmişdi.

İran rəsmiləri bildiriblər ki, müqavilənin ilkin variantında bir sıra dəyişikliklər etmək lazımdır.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən qurulub və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə, 1993-cü il İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu rekatoru yanacaqla təmin edib. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!