Yaxın şərq » “Ərdoğan bir İslam markasıdır”
Məhəmməd Rza Rəhimi Ərdoğanı “İslam markası” adlandıraraq, onunla qürur duyduqlarını bildirib. İran prezidenti Əhmədi Necad Türkiyənin Baş nazirinin işğalçı İsrail rejimə qarşı mövqeyinin onları sevindirdiyini bildirib.

Əhmədi Necad R.T.Ərdoğanın regionla bağlı son dövrlərdə yürütdüyü siyasətin ölkəsində müsbət reaksiya doğurduğunu deyib. İran prezidentinin köməkçisi Məhəmməd Rza Rəhimi isə Ərdoğanı “İslam markası” adlandıraraq, onunla qürur duyduqlarını bildirib.

“Biz Ərdoğanı dürüst və təmiz bir həyat tərzi sürən siyasətçi kimi tanıyırıq. Türkiyənin Baş naziri bir islam markasıdır. Biz qonşuluqda belə bir siyasətçinin olmasından dolayı xoşbəxtik. Türkiyə müstəqildir və cənab Ərdoğan kimi bir liderin rəhbərliyi altındadır”, - deyə M.R.Rəhimi qeyd edib.

Mətbuata qapalı keçirilən Ərdoğan-Əhmədi Necad görüşündə İranın nüvə proqramı, İsraillə münasibətlər, eləcə də terrora qarşı mübarizə məsələləri müzakirə olunub.

/haberturk/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!