Dünyada » Pankisi dərəsindəki müsəlmanlar vəhabilərin gücləndirilməsindən narazıdırlar
Pankisi dərəsi sakinlərinin bir hissəsi, əsasən ənənəvi İslam ardıcılları beynəlxalq təşkilatların vəhabilərin maliyyələşdirilməsi məsələsini tədqiq etmələrini tələb edirlər.Pankisi dərəsi sakinlərinin bir hissəsi, əsasən ənənəvi İslam ardıcılları beynəlxalq təşkilatların vəhabilərin maliyyələşdirilməsi məsələsini tədqiq etmələrini tələb edirlər.

Kaxeti regionunun informasiya mərkəzindən verilən məlumata görə (dərə bu regionda yerləşir,',0), sakinlər dərədə təhlükəli bir şeyin baş vermədiyini deyirlər. Amma müəyyən qüvvələr vəhabilərin bu regionda gücləndirilməsinə yardım edirlər.

"Şübhəsiz ki, vəhabilərə kimsə yüksək vəzifəli şəxslərdən himayədarlıq edir. Amma kim? Bunu biz bilmirik. Onlar maliyyə dəstəyi alırlar və biz tələb edirik ki, beynəlxalq təşkilatlar bu pulların hansı yolla buraya gətirildiyini araşdırsınlar", - yerli sakinlər deyirlər.

Onlar həmçinin təsdiq edirlər ki, son dövrlərdə gənclər ərəb ölkələrinə daha çox gedirlər. Onlar arasında əsasən vəhabilərin ardıcılları daha çox yer tutur.

Vəhabilərin Pankisi dərəsində gücləndirilməsi barədə bu yaxınlarda Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze məlumat vermişdi. O hesab edir ki, Gürcüstan hakimiyyəti "Pankisi dərəsində odla oynayır".

Hazırda Pankisi dərəsində sakitlikdir. Çeçen qaçqınlarının dediklərinə görə, qeydiyyatsız heç kəs ölkə sərhədini keçə bilməz.

Dərədə 800-dən artıq çeçen qaçqını var. Onlar əsasən qadınlar, uşaqlar və qocalardır. /trend/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!