Yaxın şərq » Sionistlər Əl-Əqsaya od vurdular
Yəhudi fanatikləri İsrail polisinin dəstəyi ilə Qüdsdəki cinayətlərini davam etdirirlər. Hədəfdə isə yenə də Əl-Əqsa məscididir.İslam-Azeri.az İnternet qəzetinin FİM-ə istinadən verdiyi məlumata əsasən, azğınlaşmış yəhudi fanatikləri İsrail polisinin dəstəyi ilə Qüdsdəki cinayətlərini davam etdirirlər. Hədəfdə isə yenə də Əl-Əqsa məscididir.

Son məlumatlara görə, məscidin cəsur müdafiəçiləri yəhudi təcavüzkarlara ciddi müqavimət göstərirlər. Sionistlər məscidin Bab əl-Nəzir qapısına od vurublar.

Baş verənlər bütün Fələstin müsəlmanlarını ayağa qaldırıb. Sionistlərin özbaşnalığından təngə gələn fələstinli qadın “Qələndiyyə” nəzarət-buraxılış məntəqəsində bıçaqla iki israilli əsgərə hücum edib və birini yaralayıb.

Hazırda məscid yəhudilər tərəfindən tam mühasirədədir. Əl-Əqsaya heç bir müsəlmanın daxil olmasına icazə verilmir.


İslam-Azeri.az


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!