Yaxın şərq » "İsrailin XİN rəhbəri Qəzza sektoruna qarşı nüvə silahı tətbiq etməklə hədələyib"
Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfəri ərəfəsində bildirib ki, İsrailin XİN rəhbəri Aviqdor Liberman Qəzza sektoruna qarşı nüvə silahı tətbiq etməklə hədələyib.

Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfəri ərəfəsində bildirib ki,

İsrailin XİN rəhbəri Aviqdor Liberman Qəzza sektoruna qarşı nüvə silahı tətbiq etməklə hədələyib.

Ərdoğanın bəyanatı iki strateji tərəfdaş - Türkiyə və İsrail münasibətlərində İsrailin HHQ-nin təlimlərdə iştirak etməsi səbəbindən NATO-nun birgə hərbi təlimlərindən Ankaranın imtina etməsindən sonra baş verən böhran fonunda səslənib.

Türkiyə-İsrail münasibətlərindəki böhran fələstinli uşaqların İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi barədə Türkiyə telekanalı ilə "Ayrılıq" filminin nümayişindən sonra daha da dərinləşib.

"The Guardian" qəzetinə müsahibəsində Ərdoğan bildirib ki, Türkiyə və İsrailin strateji tərəfdaşlığı əvvəlki kimi qalıb, bunula yanaşı o, Libermanı Qəzzada nüvə silahının istifadəsi təhdidində günahlandırıb.

İran ilə münasibətlər barədə danışarkən Ərdoğan bildirib ki, Tehran "Türkiyənin dostudur" və iki ölkənin münasibətlərində heç bir problem yoxdur.

/Trend.az/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!