Analitika və müsahibə » "Səudiyyə Ərəbistanı və BƏƏ Çini İrandan uzaqlaşdıra bilməyəcəklər"
Baxmayaraq ki, zəngin neft yataqlarına malik olan Fars körfəzi ölkələri İranın nüvə proqramını dayandırmaq üçün İrana qarşı sanksiyaları gücləndirməkdə maraqlıdırlar, bu ölkələrin Çinə neft ixracatını artırmaqla rəsmi Pekini Tehrandan uzaqlaşdırmaq cəhdləri reallığa uyğun deyil.Baxmayaraq ki, zəngin neft yataqlarına malik olan Fars körfəzi ölkələri İranın nüvə proqramını dayandırmaq üçün İrana qarşı sanksiyaları gücləndirməkdə maraqlıdırlar, bu ölkələrin Çinə neft ixracatını artırmaqla rəsmi Pekini Tehrandan uzaqlaşdırmaq cəhdləri reallığa uyğun deyil.

Wall Street Journal-da Oktyabrın 20-də nəşr olunan məqalədə qeyd olunub ki, ABŞ çalışır ki, Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını Çinə neft ixracatını artırmağa vadar etsin.

Hazırda Səuidyyə Ərəbistanı gün ərzində 750 min və BƏƏ 50 min barel Çinə neft ixrac edirlər.

ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq nümayəndəsi (former senior staffer of the National Security Council) Pr.Raymond Tanter Trend News-a bildirib ki, ABŞ-ın bu addımı Çinin İrandan neft idxalatı həcmini azatmaq məqsədi daşıyır, lakin bu planın nə dərəcədə reallığa uyğun olması sual altındadır.

Hazırda İrandan Çinə gün ərzində 540 min barel xam neft tədarük edilir.

Miçiqan Universitetinin İran Diplomasiyası Komitəsinin rəhbəri Tanter elektron poçt vasitəsilə oktyabrın 21-də bildirib ki, ABŞ çalışır ki, İrana qarşı sanksiyaları gücləndirməklə rəsmi Pekini Qərb süpergüclərinin mövqeyinə yaxınlaşdırsın.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ İran hakimiyyətinin Fars körfəzində mənfi nüfuzunu və bu ölkənin nüvə proqramını dayandırmağa meyllidirlər.

Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri OPEC-ə üzv ölkələrdir, bu ölkələr neft istehsalının artırılması ilə bağlı problemlə üzləşə bilərlər, çünki OPEC üzv ölkələrə neft ixracı üzrə müəyyən limit tətbiq edib.

Wall Street Journal-da qeyd olunub ki, ABŞ BƏƏ-dən istəyib ki, Çinə ixracatını gün ərzində 150000-200000 barel artırsın.

Tanterin fikrincə, Səudiyyə Ərəbistanı ənənəvi olaraq, neftin qiymətinin uzunmüddətli sabit saxlanmasını qısamüddətli neft ixracatından qazanılacaq vəsaitdən üstün tutur, belə ki, Ər-Riyad OPEC-in mühafizəkar üzvlərindən biridir və OPEC-in öz üzvlərinə verdiyi payın (hər ölkənin payına düşən neft ixracatı) olduğu kimi həyata keçirilməsində maraqlıdır. Baxmayaraq ki, bu təşkilatın zəif üzvlərinin lobbisi bəzən qısamüddətli olaraq neft istehsalının artırılması ilə bağlı maraqlarını bildiriblər. "Çox ehtimal ki, Çinə ərəblərin neftinin ixrac həcmi nominal olacaq", - deyə ABŞ eksperti düşünür.

Onun sözlərinə görə, Çin İranın enerji yatarqlarına on milyardlarla dollar həcmində uzunmüddətli sərmayə yatırıb, baxmayaraq ki, bu həə investisiya Çinin İran enerjisinə olan qısamüddətli tələbatına uyğun deyil.

Ekspertin fikrincə, Səudiyyə Ərəbistanı və BƏƏ İranı kənarlaşdıraraq, Çini tam şəkildə neft ilə təmin etsələr də, rəsmi Pekin İranın enerji sahəsinə sərmayə yatırımlarını dayandırmayacaq. Bu isə göstərir ki, rəsmi Pekin İran hakimiyyətinə qarşı beynəlxalq sanksiyaları gücləndirmək fikirində deyil.

BMT Təhlükəsizlik Şurasına üzv olan dünyanın altı supergücü İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 5 Qətnamə qəbul ediblər. Qətnamələrin üçündə İrana qarşı sanksiyalar tətbiq olunub. ABŞ və Avropa Birliyinin bəzi ölkələri də rəsmi Tehrana qarşı BMT TŞ-nin Qətnamələrindən kənar daha geniş səviyyədə sanksiyalar tətbiq ediblər. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!