![](/up/news/article/thumb_mahmoud-abbas_2_0.jpg)
Qüds Media və Rabitə Mərkəzinin apardığı araşdırma nəticəsində M.Abbasın reytinqinin 5,7% azalaraq, 12,1% təşkil etdiyi məlum olub. Həmçinin, araşdırmanın nəticələrinə görə, Fələstində gələn il keçiriləcək prezident seçkilərində qələbəyə əsas namizədlər HƏMAS lideri İsmayıl Həniyə ilə “əl-Fəth”in həbsdə olan rəhbərlərindən Mərvan Barqutidir.
Qəzzada və İordan çayının qərb sahilində keçirilən araşdırmaya görə, fələstinlilərin 58,4%-i B.Obamanın Yaxın Şərq regionunda hər hansı dəyişikliyə nail ola biləcəyinə inanmır.
/sondakika/
/AzeriMuslims/