"Allahın elçiləri" qruplaşmasından olan silahlı sünni və şiə cəmiyyətlərinin birgə keçirdiyi zala daxil olaraq özünü partladıbİranın cənub-şərqindəki Sarbaz şəhərində növbəti terror hadisəsi törədilib. İlkin məlumata görə, partlayış nəticəsində 20 nəfər həlak olub, 60 nəfər yaralanıb. İTAR-TASS-ın verdiyi məlumata görə, "Allahın elçiləri" qruplaşmasından olan silahlı sünni və şiə cəmiyyətlərinin birgə keçirdiyi zala daxil olaraq özünü partladıb. BBC-nin verdiyi məlumata görə isə, hadisəyə görə məsuliyyəti öz üzərinə heç bir təşkilat götürməyib.
İran parlamentinin spikeri Əli Laricani bildirib ki, terrorçular Sistan və Belucistan əyalətlərindəki vəziyyəti çətinləşdirmək məqsədi güdürmüşlər.
İran televiziya kanallarının yaydığı məlumata görə, ölü və yaralı sayının artacağı gözlənilir. Terror qurbanları arasında İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları komandanının müavini də var. Belə ki, hadisə İranın Pakistanla sərhəddinə yaxın Zahidan şəhərində, kamikadzenin generalların olduğunu kortecə hücum etməsi nəticəsində baş verib. Partlayış nəticəsində iki qvardiya rəsmisi ölüb.
Ölənlər arasında İran İnqilabı Keşikçiləri Quru Qoşunları komandanının muavini general Nur ƏIi Şuştari, Qvardiyanın Sistan Belucistan üzrə komandanı general Məhəmməd Zadə, İran İnqilabı Keşikçiləri qvardiyasının ölkənin cənub-şərq dairəsi üçün komandanı Rəcəbəli Məhəmmədzadə, qvardiyanın İranşar üzrə komandanı, eləcə də digər ali zabitləri də var.
Qeyd edək ki, terror aktının baş verdiyi Pakistanla sərhəd ərazilər təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında toqquşmaların
səhnəsinə çevrilir.
Xatırladaq ki, İran İnqilabi Keşikçilər Qvardiyası 1979-cu ildə yaradılıb. Qvardiya İran şiələrinin lideri Ayətolla Ruhulla Musəvi Xomeyninin tərəfdarlarının hərbiləşdirilmiş qanadı kimi ilk fəaliyyətə başlayıb.
Qvardiya İran-İraq müharibəsində də aktiv iştirak edib. /anspress/