Orta şərq » Ayətullah Xameneyinin ölüm xəbəri rəsmən təkzib olundu
Bir neçə saat bundan əvvəl dünya KİV-lərində İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Xameneyinin dünyasını dəyişməsi ilə əlaqədar xəbər yayılıb, istinad nöqtəsi kimi isə sadəcə İran müxalifəti göstərilib.

Xəbərdə deyilir ki, Ayətullah Xameneyi oktyabrın 12-də yerli vaxtla saat 14:15-də qəflətən yıxılıb və koma vəziyyətinə düşüb. Bundan sonra xəstəxanaya aparılan dini rəhbər koma vəziyyətindən çıxmayıb. Onun yanına isə sadəcə oğlu və həkimlər buraxılır. Daha sonra isə yenə də adı çəkilməyən müxalifətə istinadən Ayətullah Xameneyinin dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb.

Xəbərin ciddiliyini nəzərə alıb bəzi mətbuat orqanları kimi qeyri-müəyyənliyə deyil, hər bir ölkədə dövlətinin maraqlarını qoruyan və onunla bağlı suallara cavab verən səfirliyə müraciət etdik. İİR-in Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən özünü Əhmədi kimi təqdim edən şəxs, bu cür məlumatların sadəcə insanlarda fikir dağınıqlığı yaratmağa istiqamətlindiyini bildirdi: "Qeyd edim ki, bu məsələ ilə bağlı bizə müraciət edən mətbuat nümayəndəsi bu saata kimi yalnız sizsiz. Təəssüf edirəm ki, daim obyektiv xəbər yaydığını bəyanlayan bəzi KİV-lər xəbərlərində naməlumluğa istinad edirlər. İranın rəsmi nümaydəsi olan bizlərdən fikir öyrənilmir. Biz səhərdən dünyanın əksər mətbuat orqanlarını araşdırdıq və yekun qənaətə gəldik ki, bu sionizmin növbəti oyunudur. Çünki bu xəbəri yayan beynəlxalq KİVlərin hamısı İsrailin nəzarətindədir. Əlavə edim ki, bir müddət bundan öncə də bəzi mətbuat orqanları dini rəhbərimizin adından yalan məlumat yayaraq İmam Zamanın (əc) zühurunu bildirmişdilər."

Son araşdırmalarımıza əsasən bəlli olub ki, bu yalan xəbərin mənşəi, Amerikanın yeni mühafizəkarlarından hesab edilən, İranla düşmənçilikdə xüsusi adı çəkilən Maykl Ledin tərfindən hazırlanaraq öz xəbər saytında yerləşdirib. Məqsəd isə İranda gərginliyin hələ də azalmamasını göstərərək bunun daha da alovlanmasına zəmin yaratmaqdan ibarət olub.

Maykl Ledin



Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!