Orta şərq » İran prezidentinin müşavirinin qızı Almaniyadan siyasi sığınacaq istəyib
Prezident Əhmədinejadın mədəniyyət məsələləri və media ilə münasibətlər üzrə müşaviri Mehdi Kalxorun qızı Nərgiz Kalxor kinofestivalda iştirak etmək üçün getdiyi Nürnberq şəhərində yerli hakimiyyət orqanlarına siyasi sığınacaq almaq üçün rəsmi müraciət edib. İran prezidentinin müşavirinin qızı Almaniya hökumətindən siyasi sığınacaq istəyib. APA-nın məlumatına görə, prezident Əhmədinejadın mədəniyyət məsələləri və media ilə münasibətlər üzrə müşaviri Mehdi Kalxorun qızı Nərgiz Kalxor kinofestivalda iştirak etmək üçün getdiyi Nürnberq şəhərində yerli hakimiyyət orqanlarına siyasi sığınacaq almaq üçün rəsmi müraciət edib. İnsan hüquqlarına həsr olunan Nürnberq kinofestivalında Nərgiz Kalxorun totalitarizmi və işgəncə tətbiqini pisləyən filmi nümayiş olunub. İranlı jurnalistə açıqlama verən Nərgiz Kalxor bildirib ki, atasının onun planlarından xəbəri olmayıb. Mehdi Kalxor isə İRNA agentliyinə bildirib ki, fərqli siyasi görüşlərə malik olduğuna görə bir il əvvəl həyat yoldaşından boşanıb və ailəsindən ayrı yaşayır.