Yaxın şərq » “Əl-Əqsa” məscidində 3-cü məbədin inşa edilməsinin tərəfdarları sürətlə çoxalır
“Əl-Əqsa” və “Qübbə əs-Səxra” məscidini dağıdaraq, yerində iddia etdikləri 3-cü məbədi inşa etməyə çalışan yəhudilərin sayı getdikcə artır. Ancaq ərazidə 15il ərzində aparılan qazıntı işləri zamanı heç bir yəhudi əsərinə rast gəlinməyib.

Qüdsün Hərəm əş-Şərif bölgəsində 3-cü məbədin inşası məqsədilə aparılan qazıntı işləri sürətlə davam etdirilir. Artıq İsraildəki radikal yəhudilərlə yanaşı, ABŞ-dakı bəzi xristian təriqətləri də yəhudilərin bu cəhdini dəstəkləməyə başlayıblar.

“timeturk.com” internet portalında yerləşdirilmiş xəbərə görə, “3-cü məbəd hazırlıqları” yalnız yalnız maddi müstəvidə görülmür. Mitzpe Yerihodakı sinaqoqda hər həftənin cümə günü inşa ediləcək, məbəddə keçiriləcək ayinlər və dərslər yəhudi hahamlarına öyrədilir.

Yəhudilərin məbədin inşasının Allahın əmri olduğunu iddia etmələrinə rəğmən, 15 ildir ki, Şərqi Qüds və Hərəm əş-Şərifdə aparılan qazıntı işləri briqadasının rəhbri professor Roni Riç ərazidə indiyə qədər yəhudi mədəniyyətinə məxsus əsərin tapılmadığını etiraf edib. Hayfa universitetinin pedaqoqu olan R.Riç sözügedən qazıntı işlərinin arxasında siyasi faktorları durduğunu və bu çalışmaların elmi standartlara uyğun olmayan şəkildə aparıldığını bildirib. Professor R.Riç 15 il ərzində rast gəlinən əsərlərin israillilərin gəlişindən 800 il əvvələ Fələstinlilərin əsl sahibi kənanlılara aid olduğunu deyib.

/timeturk/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!