Bir müddət əvvəl “Nayk” firmasının məqsədli şəkildə arxa hissəsinə “Allah” sözünü həkk etdiyi ayaqqabılar İran bazara çıxarılmağa cəhd edilibBir müddət əvvəl “Nayk” firmasının məqsədli şəkildə arxa hissəsinə “Allah” sözünü həkk etdiyi ayaqqabılar İran bazara çıxarılmağa cəhd edilib
Yəhudi işadamına məxsus firmanın istehsalı olan ayaqqabıları İran bazarına gətirən alverçilər həbs ediliblər.
“CİHAN” İnformasiya Agentliyinin xəbərinə görə, sözügedən ayaqqabıların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyinə dair məlumatlandırılan Təhlükəsizlik Qüvvələri dərhal hadisəni araşdırmağa başlayıb. Nəticədə sözügedən ayaqqabıları İrana gətirən şəxslər müəyən edilərək, həbs ediliblər.
Məlumat üçün bildirək ki, bu cür təhqir xarakterli cəhdlər Cənubi Afrika Respublikasında 2010-cu ildə keçiriləcək dünya çempionatı üçün istehsal edilən toplarda da rast gəlinmişdi. Belə ki, firmanın isehsal etdiyi topların üzərində də “Allah” sözü yazılmışdı.
/tevhidhaber/
/AzeriMuslims/