Orta şərq » İran Parlamentində “Xəzər dənizi” adlı xüsusi komitə yaradılıb
İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik komissiyasının tərkibində "Xəzər dənizi" adlı xüsusi komitə yaradılıb.Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"Parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyası Xəzər dənizinin statusu ilə bağlı məsələləri ciddi şəkildə izləyir. Bu məqsədlə komissiyaının tərkibində "Xəzər Dənizi"adlı xüsusi komitə yaradılıb", - İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn Sübhaniniya deyib.

"Komitə Xəzər dəniz ilə bağlı ətraflı araşdırma aparacaq və onunla bağlı məsələləri ciddi şəkildə izləyəcək", -deyə Sübhaniniya deyib.

Sübhaniniya İranın Rəşt şəhərində oktyabrın 8-də "Xəzər dənizi" adlı keçirilmiş iclasın nəticələri haqda bildirib ki, iclasda Xəzərin enerji, ekologiya və digər məsələləri ilə bağlı müzakirələr aparılıb.

"İclasda Xəzərin statusu ilə bağlı ümumi şəkildə müzakirələr aparılıb və əlaqədar təşkilatlar o cümlədən xarici işlər,ekologiya, neft və nəqliyyat nazirlikləri çıxışlar edərək bu məsələ ilə bağlı mövqelərini bildiriblər", -deyə Sübhaniniya deyib.

Oktyabrın 8-də İranın Gilan əyalətinin Rəşt şəhərində "Xəzər dənizi" adlı iclas keçirilib. İranın xarici işlər naziri Mənuçöhr Müttəki, İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, İranın xarici işlər nazirinin müavinləri, Neft, Nəqliyyat, Ekologiya və Gömrük nazirliklərinin, eləcə də İranın Limanlar və Gəmiçilik İdarəsinin rəsmiləri iştirak edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!