Yaxın şərq » Əl-Əqsa məscidində gündüzlər oruc tutulur, gecələr keşik çəkilir
Məscidin yəhudi hücumlarından müdafiəsi davam edir“timeturk.com” internet portalında yerləşdirilən xəbərə görə, 200-ədək fələstinli məsciddə gecə-gündüz keşik çəkir. Gündüzləri oruc tutmaqla keçirən fələstinli gənclər gecələri ibadətlə keçirirlər. İsrail polisinin əlinə keçməmək üçün gecələri əl-Əqsa məscidinin işıqlarını söndürən keşikçilər - mürabitlər dəstəmaz almaq üçün məscidi tərk etdikləri zaman polisin onları həbs etməsindən yayınmağa çalışırlar.

Fələstin İslam Hərəkatının Qüds İşləri müşaviri və ötən şənbədən bəri məsciddə gecələyən Əli əbu Şeyxa məscid keşikçilərinin vaxtlarını nizamlamaq surətilə hələ uzun müddət müqəddəs məkanı mühafizə etməyə çalışdıqlarını bildirib. Əbu Şeyxanın sözlərinə görə, mürabitlər məscidin Məğrib qapısını xüsusilə müdafiə edirlər. Belə ki, yəhudilər əl-Əqsa məscidə əsasən bu qapıdan soxulmağa çalışırlar.

Qeyd edək ki, İsrail polisi 6 gündür ki, əl-Əqsa məscidini mühasirədə saxlayır.

/timeturk/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!