İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran Tehran reaktoruna lazım olan nüvə yanacağını hər bir ölkədən, hətta ABŞ-dan belə almağa hazırdır.İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran Tehran reaktoruna lazım olan nüvə yanacağını hər bir ölkədən, hətta ABŞ-dan belə almağa hazırdır. Məlumatı FARS informsiya agentliyi yayıb.
"Belə nəzərə çarpır ki, beynəlxalq ictimaiyyətdə müsbət atmosferdə əməkdaşlıq etmək üçün tədricən iradə və istək yaranır və İran bu məsələni alqışlayır", - Əhmədinejad çərşənbə günü Tehranda jurnalistlərə bildirib.
Əhmədinejad əlavə edib ki, Tehran nüvə stansiyasına lazım olan 20 faizlik nüvə yanacağını hər bir ölkədən almağa hazırıq. "Müxtəlif ölkələr ayrı-ayrılıqda və ya birlikdə bizə təkliflər ediblər və yaxın iki həftə ərzində İranın nüvə üzrə ekspertləri təklif edən ölkələrlə görüşərək müzakirələr aparacaq", - deyə Əhmədinejad deyib. /trend/