Analitika və müsahibə » İranın nüvə silahı ən çox ərəb ölkələri üçün təhlükə yaradır – ekspertlər
İranın ABŞ və Qərbin nüvə proqramının hazırlanmasını məhdudlaşdırmaq tələblərindən imtina etdiyi və onun inkişafını nüvə silahının yaranmasına kimi davam etdirə biləcəyi bir vaxtda vəziyyət ərəb ölkələri üçün təhlükə yaradır. Ekspertlər hesab edir.İranın ABŞ və Qərbin nüvə proqramının hazırlanmasını məhdudlaşdırmaq tələblərindən imtina etdiyi və onun inkişafını nüvə silahının yaranmasına kimi davam etdirə biləcəyi bir vaxtda vəziyyət ərəb ölkələri üçün təhlükə yaradır. Ekspertlər hesab edir.

"Ərəblər artıq uzun müddətdir ki, bu problemdən narahatdır. Onlar ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarını dəstəkləmədiklərini bəyan etsələr də, əslində onlar bunu görmək istərdilər", - Trend News-a Dubaydan telefonla Yaxın Şərq və Fars körfəzinin Hərbi Analitik İnstitutunun araşdırmalar və inkişaf şöbəsinin (INEGMA) direktoru Teodor Karasik bildirib.

Misirin xarici işlər naziri Əhməd Əbu Qeyt cümə axşamı mətbuat konfransında bildirib ki, İranın nüvə proqramı və İsrail ərəb dünyasının başının üstünü almış təhlükədir. RİA Novosti xəbər verir.

Yaxın Şərqin nüvə silahından azad edilməsinə çağıran Əbu Qeytin sözləri İran, ABŞ və bir çox Qərb ölkələrinin Tehranın nüvə proqramına dair ziddiyyətlərinin güclənməsi fonunda səslənib.

Cümə axşamı Cenevrədə "altılıq" ölkələrinin (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya) iştirakı ilə İranın nüvə proqramı üzrə Avropa İttifaqının xarici siyasət və təhükəsizlik üzrə ali nümayəndəsi Havyer Solananın İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşü keçirilib.

Danışıqların yekunlarına əsasən, tərəflər MAQATE nümayəndələrinin iki həftə ərzində İranın Qum şəhərində uranın zənginləşdirilməsi ilə bağlı yeni zavoda baş çəkməsi üzrə razılığa gəliblər.

ABŞ və Avropanın bir sıra ölkələri BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı üzrə beş qətnaməsinə əlavə olaraq İrana qarşı iqtisadi və enerji sanksiyalarının qəbul edilməsini təklif ediblər.

Ərəb ölkələrinin narahatçılığını Karasik onunla əlaqələndirir ki, İran regionda müharibəyə başlayarsa, o zaman ilk zərbə ABŞ və İsrailin maraqlarına, həmçinin bu ssenarinin iştirakçısı olan tərəflərə dəyəcək.

Buna görə də, Karasik hesab edir ki, son zamanlar İrana hücumların faydaları barədə söhbətlər daha da artır.

Səudiyyə Ərəbistanı avqustda ilk atom elektrik stansiyasının inşası barədə elan edib. Bir sıra analitiklərin fikrincə, bu stansiya İranın nüvə proqramına qarşı yönəlmiş ilk addım olacaq.

Qərargahı Londonda yerləşən Ərəbistan-İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əlirza Nurizadə hesab edir ki, ərəb ölkələrinin İranın nüvə proqramı ətafında gedən mübahisələrin artmasından ehtiyat etməsinin iki əsas səbəbi mövcuddur.

"İlk səbəb ondan ibarətdir ki, ərəb ölkələri İranın nüvə proqramının hərbi məqsədlə hazırlanmasına əmindirlər", - Nurizadə belə hesab edir.

"Ərəb ölkələri hesab edir ki, İran yeni texnologiyaların sınaqdan keçirilməsinə və ilk bombanın yaradılmasına çalışır ki, bu da regional ölkələr arasında nüvə yarışına səbəb olacaq", - Trend News-a telefonla İran əsilli britaniyalı politoloq Nurizadə bildirib.

Ərəb ölkələrinin yeni regional müharibənin başlamasına dair qorxuları İranın ötən bazar günü İsrailə kimi uça bilən uzaq məsafəli "Sicil" və "Şahab-3" raketlərinin sınaqdan keçirməsindən sonra artdı. Bir sıra regional analitiklər belə hesab edirlər.

Ərəb ölkələrinin narahatçılığının ikinci səbəbini Nurizadə ABŞ-ın İrana Tehran və Vaşinqtonun yaxınlaşması fonunda güzəştə getməsi imkanlarında görür ki, bu da ərəb ölkələrinin maraqlarına uyğun deyil.

Cümə axşamı Vaşinqtonda Ağ Ev administrasiyası və Tehran arasında 1979-cu il İran inqilabından bəri ilk birbaşa danışıqlar baş tutub. İranı danışıqlarda xarici işlər naziri Mənüçöhr Müttəki təmsil edib.

Nurizadə hesab edir ki, nüvə İranı Fars körfəzinin ərəb ölkələri üçün dilemmaya çevrilib: bir tərəfdən onlar bunun Tehranın daimi nüvə təhlükəsinə son qoyacağına əmin olduğu halda ABŞ-ın İrana qarşı hücumlarını dəstəkləyir; digər tərəfdən amerikalılar hər şeyi yarıyolda saxlaya bilər və o zaman yarıdağıdılmış İran onlar üçün əsl təhlükə ola bilər.

"Onların İranı dağılmış görməklə bağlı gizli istəyi var, lakin digər tərəfdən amerikalıların sona kimi getməyəcəyi qorxusu da var", - Nurizadə bildirib.

Qərbyönlü ərəb rejimləri də İranın ərəb müttəfiqlərini - Livanın "Hizbullah" partiyasını və Qəzza sektorunda İslam müqavimət hərakatı HƏMAS-ı Qərbə qarşı müharibəyə sövq edəcəyindən qorxur.

"Səudiyyə Ərəbistanı və Misirin İranın vacib strateji tərəfdaşlarından biri olan Suriya ilə yaxınlaşması Tehranı Dəməşqdəki rejimin dəstəyindən məhrum etmək məqsədinə xidmət edir", - analitiklər istisna etmirlər.

"İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hərbi hücumu Fars körfəzinin İranla sərhəd olan digər ölkələrinə - Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Omana baha başa gələ bilər", - Nurizadə bildirib.

"ABŞ-ın özü deyil, onun Fars körfəzində hərbi bazaları hücumların dəf edilməsi zamanı İran raketlərinin əsas hədəfi olacaq", - o əlavə edib.

Bəhreyinin paytaxtı Manamada artıq ABŞ donanmasının bazası mövcuddur.

"Lakin digər tərəfdən İran "Hizbullah" və HƏMAS silahlı müttəfiqlərindən istifadə edə bilər", - analitiklər hesab edir.

Ərəb ölkələri İranı üsyançı şiələr ilə Yəmən hökuməti arasında qarşıdurmaların şiddətlənməsində, həmçinin Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveytdə şiələr ilə sünnilər arasında münaqişələrin genişləndirilməsində günahlandırır. İran bu ittihamları təkzib edir.

Qahirə də İranı Fələstin Milli Muxtariyyəti və HƏMAS arasında Misir hökumətinin vasitəçiliyi ilə keçirilən sülh prosesinin pozulmasında günahlandırır. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!