Dünyada » Papadan 'dinə dönün' çağırışı
Afrika turunu davam edən Papa 16-cı Benedix, Angolada xalqa xitab olaraq etdiyi danışmada ''dinə dönün'' çağırışı etdi.Media-islam.Com-un istinadlı xəbərinə görə, Angolanın paytaxtı Luandada bir stadionda danışan Papa, ölkədə inancın gücləndirilməsi və hələ cadu, cadugərlik kimi pislik qaynaqlarına inananların ''dinə çevirilməsi'' lazım olduğunu söylədi.

Ölkədə Xristianlığın 500 ildən bu yana olduğunu söyləyən Papa, bu inancın Portuqaliyalı məskunlaşmaçılarla yerli xalq arasında bir körpü olduğunu qeyd etdi.

Papa, Luandada görüşdüyü katolik din adamlarına da ''yeni missioner anlayışıyla işlərini və cadu kimi batil inanclarla mübarizə etmələrini'' istədi.

Kənar yandan, çox sayda insanın danışmanın ediləcəyi stadiona saatlar əvvəl gələrək girməyə çalışması əsnasında meydana gələn qarışıqlıqda iki adam əzilərək öldü, çox sayda adam da yaralandı.

Vatikan spikeri Fderico Lombardi, Papanın bu hadisələ əlaqədar çox kədərli olduğunu söylədi.


WWW.MEDIA-ISLAM.COM



Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!