Orta şərq » İranda cümə namazı
İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə Tehranın cümə namazının xətibliyini Ayətullah Kaşani icra edib.
O çıxışının əvvəlində İmam Zaman (ə.f)-in mübarək mövludu münasibətilə bütün müsəlmanları təbrik edərək o həzrətin barəsində hədislərə işarə edib.


Ayətullah Kaşani İslam İnqilabının ali rəhbərinin Prezidentin "Tənfiz" mərasimində "Respublika" və "İslamiyyət" məsələləri olmaq üzrə çox əhəmiyyətli məsələlərə toxunduğunu söyləyərək, İran xalqının düşmənin hazırladığı planları təsirsiz hala gətirdiyini önə çəkib.

Tehranın İmam Cüməsi həmçinin İran İslam Respublikasının İmam Xomeyni tərəfindən xalqın səsləri ilə qurulduğunu və respublika cövhərində "İslam" təməllərinin olduğunu bildirib.


Xütbəsinin davamında Mahmud Əhmədinejadın "and içmə mərasiminə" də işarə edən Ayətullah İmami Kaşani, "And içmək böyük bir məsələdir. Olduğumuz bu həssas dövrdə prezident, xalqa xidmət verə biləcək və bu istiqamətdə bütün gücünü istifadə edəcək bir dövlət qurmalıdır"deyib.


Ölkədəki ixtişaşlara da işarə edən Ayətullah Kaşani İran xalqının öz düşmənlərini yaxşı tanıdığını və bütün düşmən planlarının təsirsiz hala gəldiyini bildirib.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!