Orta şərq » İranın Bəsic ordusunun komandirindən "şok" açıqlama
İslam-Azeri.az internet qəzetinin Fars Nyusa istinadlı xəbərinə görə İranın Könüllü Səfərbərlər Ordusunun(BƏSİC) komandiri Höccətülislam Taib İrandakı son olayların arxasında ABŞ-Mir Hüseyn işbirliyi olduğunu bildirib.


Başda Amerika olmaqla bütün imperialistlərin İran İslam Respublikasını yıxmaq üçün 30 ildir çalışdığını, lakin güc ilə olmayacağını gördükdə mədəni hücum ilə öz istədiklərini həyata keçirmək istədiklərini önə çəkən Bəsici ordusunun komandiri:"Bunlar hər iki halda məğlub oldular"-deyib.


Sonuncu prezident seçkilərində öz hədəflərini həyata keçirmək istəyən ABŞ, bu seçkilərdə ya qələbə, ya da ixtişaş salınaraq ölkədə stabilliyi pozmaq onların əsas hədəfi olduğunu bildirib.


Höccətülislam Taibin bildirdiyinə görə ABŞ Mir Hüseyn Musəvi ilə öz istəklərini həyata keçirmək üçün əlaqələrə girdiyini, seçkilərdə onun məğlubiyyətindən sonra seçki saxtakarlığı məsələsini ortaya ataraq ölkədə fitnə salınmasını hədəflədiklərini önə çəkib.


İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!