Dünyada » Amerikalı keşiş İsa (ə) peyğəmbərə sevgi iddiası ilə İslama qarşı hücuma keçib
Amerikanın Florida ştatının kilsələrindən birinin keşişi bir neçə həftə bundan öncə kilsənin girəcəyində asdığı “İslam şeytanın törəməsidir” yazısını çıxarmaqdan imtina edib. Yerli qəzetlərdən birinin verdiyi məlumata görə, ABŞ-ın müsəlman icmalarının nümayəndələri keşiş Terri Consu, kilsə ərazisindən asılan təhqiramiz yazını çıxarmağa vadar edə bilməyib, - İslamNyus.ru xəbər verir.


Florida ştatının Amerika-müsəlman əlaqələri şurasının rəhbəri Ramzi Kilitş Cons ilə şəxsən görüşüm və ədəbli yolla onu bu qərarından daşındırmağa çalışıb. Lakin, müsəlman nümayəndəsi ilə yarım saatlıq söhbətdən sonra keşiş bildirib ki, onun məsləhətlərinə ehtiyacı yoxdur.

Keşiş ilə söhbətdən sonra Ramzi Kilitş bildirib ki, Cons, müsəlmanların inancları haqqında xəbərsiz olduğunu etiraf etsə də, İslam barədə doğru-dürüst məlumatları da eşitmək istəməyib. Keşiş bildirib ki, o, guya belə addımları İsa (ə) peyğəmbərə olan sevgisi naminə atır. Dəyərlər AİN

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!