O birinci xütbəsinin əvvəlində namaz iştirakçılarını Şəbaniyyə xüsusilə İmam Zaman ağanın mübarək mövludu münasibətilə təbrik edərək bu aylardan səmərəli istifadə etməyi tövsiyyə edib.
Ayətullah Cənnəti birinci xütbəsində İslam Peyğəmbərinin islahatlarına işarə edərək Ors-Xəzrəc və yəhudi qəbilələri (köçüb gəlmiş qəbilələr) ilə bağlanan sazişlərə toxunub. Sazişlərdə olan ümumbəşəri dəyərlərin yüksəkliyini də diqqətə çəkən Ayətullah Cənnəti bu dövrdə də bu sazişlərin beynəlxalq aləmdə nüfuzunun olduğunu və oxşadığını bildirib.
İkinci xütbəsində İrandakı prezident seçkiləri və sonrakı hadisələrə toxunan Ayətullah Cənnəti: “Çox təəssüf ki. Bəziləri İran xalqının bu seçkilərin şirinliyini dadmağa imkan vermədi. Əlbəttə ki, bu seçkilər 30 illik İslam Respublikası tarixindəki digər president seçkiləri kimi ədalətli idi. Əgər bu seçkilərin ədalətli olmasını qəbul etməsək gərəkdir ki, əvvəlki prezident seçkilərini də qəbul etməyək. Çünki bu seçkilər də əvvəlki seçkilərdə eyni system ilə keçirilmişdir”-deyib.
Sonuncu seçkilərdən əvvəlki seçkilərə işarə edən Cənnəti:”Bu təfriqələr 9-cu prezident seçkilərindən əvvəl başlamışdı. Çünki o vaxt məğlub olanlar cavan Əhmədinejadın prezident olmasını həzm edə bilmədilər və 7 milyonluq fərqi görməməzliyə vurdular. O vaxt məğlub olmuşlar istəmədilər ki, Əhmədinejad bir daha prezident olsun”.
İxtişaşların xaricdən qaynaqlandığını bildirən Ayətullah Cənnəti: “Seçkilərdən sonra seçkilərimizin qeyri düzgün olmamasını xarici qüvvələr tez tez car çəkirdilər. Bundan sonra onların sözlərini ölkədə də təkrarlayırdılar. Əlbəttə ki, Rəhbər (Ayətullah Xamenei) bu şübhələrə tutarlı cavab vermişdi”-deyib.
“Bir il əvvəl prezident seçkilərinin ədalətli olmamasını deyənlərin açıqlamalarını eşidəndə mən bu seçkilər üçün hansı xətərlər hazırlandığını başa düşmüşdüm”-deyən Tehranın İmam Cüməsi seçkilərdə iştirak edən adını çəkmədiyi bir nəfərə işarə edərək (Xatəmi və ya Rəfsəncani)”Bir nəfər seçkilərdə qutuya öz rəyini tanda demişdi “Ümidvaram ki, seçkilər ədalətli keçəcək”-“Əgər ədalətli olmasa Əhmədinejad prezident seçiləcək”-demişdi. Hətta o adam “Belə olan halda xalq gərəkdir ki, etirazlar etsin”-dedi”deyərək ixtişaşların bu şəxslər tərəfindən qaynaqlandığını bildirib.
Əhmədinejadın seçilməsini qəbul etməyənlərə sərt mesaj verən Cənnəti: “Seçkiləri qəbul etməyənlər bilməlidirlər ki, bu xalq o vaxt İmam Xomeyninin və Rəhbərin rəyinə səs vermişdilər. Onlar ədalət, şücaət, müqavimət, fəsadla mübarizəni seçmişdilər”-deyib.
Ayətullah Cənnəti Əhmədinejadın Məşşai ilə bağlı tutduğu mövqeyini də tənqid edib. O, “Eyibsiz heç kəs yoxdur. Ola bilsin hökümətin də səhvi haradasa olsun. Xüsusilə təyinat və azad etmə məsələlərində diqqətli olmaq lazım idi. Xalq və mərcei təqlidlərin rəyi pis olan şəxs niyə mühüm posta təyin edilməli idi. O çıxışında açıq aşkar Əhmədinejada sözünü belədeyib: “Ola bilsin ki, təyin etdiyiniz sizin yanınızda dəyərli şəxs olsun. Lakin bu ona dəlil ola bilməz ki, siz önəmli vəzifəyə bu şəxsi xalqın etirazı ola-ola təyin edəsiniz”.
ABŞ-dakı son prezident seçkilərinə də işarə edən Ayətullah Cənnəti:”ABŞ-dakı seçkilərdən sonra xalq etirazlara qalxdı. Lakin Ali Məhkəmənin qərarını hər kəs qəbul etdi. Gərəkdir ki, bizdə də Məhkəmənin son qərarından sonra sakitləşək və bu qərarı qəbul edək”-deyərək seçkiləri qəbul etməyən həm daxildəki həm də xaricdəkilərə Ali məhkəmənin qərarına hörmətlə yanaşmağa çağırıb.
Çıxışında “vilayəti fəqih” məsələsini də önəmli sayan Ayətullah Cənnəti İslam hökümətinin nizamını “vilayəti fəqih”-ə bağlı olduğunu bildirərək: “Dövlətin legitimliyini Vilayəti Fəqih təsdiqləyir". Bundan sonra gərəkdir ki, hamı bu qərara itaət edə”-deyərək yenə təbriklər deyərək sözünü bitirib.
İslam-Azeri.az