Dünyada » Növbəti məscid Yunanıstanda dağıdılacaq
İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə mətbuatına istinadlı xəbərinə görə, Yunanıstan, Osmanlı İmperiyasından qalan tarixi məscidi yenidən qurma və abadlıq planı adı altında dağıtmaq istəyir.


Türkiyədə Yunanlara aid Fənər Ruhaniləri Məktəbinin açılması müzakirələri davam edərkən Yunanıstan Hökuməti Qərb Trakyada Osmanlı İmperiyasından qalan tarixi "Yenicemahalle" məscidini dağıtmaq üçün qərar qəbul edib.

Məscidin ətrafında olan 41 Türk ailəsinin evi də plana düşüb.

Məscidin olduğu məntəqədə türklərlə yanaşı yunanlarda məscidin dağıdılmasına etiraz edir.

Yunanıstan hökumət rəsmiləri, evləri dağıdılacaq olan 41 ailəyə 20 min avro təzminat ödəniləcəyini bildirib. Lakin dağıdılan məscidin əvəzinə başqa bir yerdə məscidin tikələciyinin planlaşdırılmadığı rəsmilər tərəfindən önə çəkilib.

İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!