Yaxın şərq » Həmas Şərtini Təkrarladı: 1137 Siyasi Məhbusu Sərbəst Buraxın
Həmas, Fəth liderlərinin Qəzzədən çıxa bilmələri üçün, Qərb Şəriyədəki 1137 siyasi məhbusun sərbəst buraxılması şərtini təkrarladı.



Fələstin İslami Müqavimət Hərəkəti Həmasın Qəzzədəki liderlərindən Mahmud Zahar, "Fəth, Qərb Şəriyədəki Həmaslıları həbsə və göz altında olanları sərbəst buraxmadığı müddətcə, Qəzzədəki Fəth liderlərinin Qərb Şəriyədə təşkil ediləcək olan Fəthin ümumi konqresinə qatılmasına icazə verməyəcək" dedi.

Zahar, dünən axşam Qəzzəlilərə xitab olaraq etdiyi danışmasında "Əgər Qəzzədə azadca gəzmək istəyirlərsə, Qərb Şəriyədəki bütün siyasi məhbusları sərbəst buraxsınlar. Bir tək məhbus belə ceza evlərində qalmasın... Biz, onların konqresinin müvəffəqiyyətsiz olmasını istəmirik. Tam əksinə müvəffəqiyyətli olmasını xahiş etməkdəyik. Lakin konqresin, Qəzzədəki təhlükəsizliyi sarsıtmaq üçün planlar qoymasına icazə vermərik. Qəzzənin xaricindəki bəzi kəslərin planlar hazırladığına dair dəlillərimiz var. Qəzzədə hücumları təşkil edəcək, xaos mühiti yaradacaq kəslər, indi əlimizdədir..." dedi.

Zahar, danışmasını belə davam etdirdi: "6 dəfə Qahirəyə getməmizə, uzlaşması üçün tavizlər verməmizə baxmayaraq bir nəticəyə çata bilmədik. Çünki onlar bizimlə razılaşmağa çatmaq istəmirlər. Bunun ən böyük dəlili də Qərb Şəriyədə həbs olunanların sayı birinci dövr görüşmələrdə 400 ətrafındaykən son dövrdə 1000-ə yüksəlməsidir."

Zahar, Fəth hərəkətinin uzlaşmaya yaxınlaşmamasında Amerikalı General Keith Daytonun əhəmiyyətli dərəcədə rol oynadığını ifadə etdi.

313NEWS.NET

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!