İranda ara-sıra terrorları həyata keçirmək üçün İraqdan İrana keçən dəstəni İraq ordusu bir dəfəlik sonuna çıxmaq istəyib.
Belə ki, dünən İraq ordusu Əşrəf adlanan ərazidə məskunlaşmış "Xalqın mücahidləri" adlı terrorçu təşkilatın düşərgəsinə hücum edərək terrorçuları həbs etmək istəyib.
Qarşıdurma nəticəsində isə 6 nəfər ölüb, 200-dən çox təşkilat üzvü yaralanıb.
İraq ordusu bu əməliyyatda 2 mindən çox əsgər səfərbər etdiyi önə çəkilir.
Nəzərinizə çatdıraq ki, "Xalıqın mücahidləri" adlı təşkilatı 1986-cı ildən yaradılmış, 2003-cü ildən ABŞ Ordusu tərəfindən himayə edilmişdir.
İran tərəfi bu təşkilatı "Xalıqın mücahidləri" deyil, "xalqın münafiqləri" olduğunu bildirirlər.
İslam-Azeri.az