Orta şərq » İran: İsrail axmaqlıq etsə nüvə obyektlərini vuracağıq
İslam-Azeri.az internet qəzetinin Cihan agentliyinə istinadlı xəbərinə görə İranın İslam İnqilabının Mühafizə Korpusunun komandiri İsrailə sərt mesaj verib.
İranın İslam İnqilabının Mühafizə Korpusu olan "Sepah"-ın komandiri Seyyid Məhəmməd Əli Cəfərinin Əl Ələm telekanalında yer alan açıqlamasında: " İsrail axmaqlıq edərək İrana zərbə endirsə cavabı sərt olacaq"-deyib.

Seyyid Məhəmməd Əli Cəfəri açıqlamasında sionistlərin təhdidləri qarşısında cavabsız qalmayacaqlarını önə çəkərək: "Sionist rejim İrana hücum edərsə, əlbəttə ki, cavabı olacaq. Biz İsrailin nüvə obyektərini öz raketlərimiz ilə cavab olaraq vuracağıq"-deyib.

Ara sıra sionistlər İranın nüvə obyektlərini vurmaqla hədələyirlər və bu hədələr sionist KİV-lərdə də manşet yazılarla dərc edilir.

İran isə öz növbəsində dəfələrlə bildirmişdir ki, "bizim nüvə fəaliyyətimiz sülhməramlıdır və ölkəmiz hər bir hücumun qarşısını sərt cavab ilə alacaq".

İslam-Azeri.az


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!