Prezident Barak Obama fikirlərində səhvə yol verdiyini etiraf edib və polis məmurundan üzr istəyib
FaktXəbərin verdiyi məlumata görə, Amerikada prezident Barak Obama ilə asayiş keşikçiləri arasında narazılıq yaranıb. Qalmaqal Ağ ev rəhbərinin polis məmurundan üzr istəməsi ilə nəticələnib. “Mən sözlərimi düzgün ifadə etmədiyimə görə təəssüf edirəm”. Amerika prezidenti Barak Obama Massaçusets ştatının polis məmuru Ceyms Kroulinə belə müraciət edib. Amerika polisi ilə ölkə başçısı Barak Obama arasında narazılıq Massaçusetsdə baş verən hadisədən sonra yaranıb. Belə ki, açarlarını evində unudan professor Henri Qeyts qapını sındırarkən polis onu həbs edib. Qeyts polislərə müqavimət göstərib, hətta onları irqçilikdə də ittiham edib. Hadisə ilə bağlı fikrini bildirən Amerika prezidenti Barak Obama isə dostu Qeytsi həbs edən polis məmuru Ceyms Kroulinin hərəkətinin axmaq olduğunu deyib. Polis məmuru da ölkə başçısını ədalətsizlikdə ittihamlayıb və ondan üzr istəməsini tələb edib. Daha sonra Barak Obama fikirlərində səhvə yol verdiyini etiraf edib.
Kembric polisi isə öz növbəsində məmur Ceyms Kroulinin irqi ayrı seçkilikdə ittihamlamasına etirazını bildirib. Polis idarəsinin rəhbərliyi məmur Kroulinin son 5 ildə irqçiliyə qarşı mühazirələrlə çıxış etdiyini də açıqlayıb.
Kembric polisi isə öz növbəsində məmur Ceyms Kroulinin irqi ayrı seçkilikdə ittihamlamasına etirazını bildirib. Polis idarəsinin rəhbərliyi məmur Kroulinin son 5 ildə irqçiliyə qarşı mühazirələrlə çıxış etdiyini də açıqlayıb.