![](/up/news/article/thumb_hamas-i_c.jpeg)
FaktXəbərin verdiyi məlumata görə, illərdir həm iqtisadi, həm ictimai və həm də mədəniyyət baxımından embarqoya məruz qalan Qəzzada yaşanan hadisələr, bundan başqa keçən il dekabr ayında başlanan İsrail hücumlarından sonra ekranlarda əks olunan görüntülər ilk dəfə tam dəqiqliklə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Sionist İsrail əsgərlərinin törətdiyi hərbi cinayətlərin bir-bir ortaya çıxması və İsrailə təzyiqlərin artmasından sonra hərəkətə keçən Həmas, öz müqavimətini mədəniyyət sahəsinə yönəldib. Artıq bir neçə gündür "Mədəni Müqavimət" adı ilə konfrans təşkil edən Həmas, öz imkanlarıyla çəkdiyi bədi filmi də nümayiş etdirir. Bu filmlər sahəsində Həmas, həm dünya ictimaiyyətinin müqavimət təşkilatlarına mənfi fikirlərini dəyişmək, İsrail cinayətlərini ortaya qoymaq və Fələstin xalqının çəkdiyi zülmləri diqqətinə çatdırmaq istəyir.
Nəzərinizə çatdıraq ki, bir neçə gün bundan qabaq sizlərə Fələstində İslami Müqavimət Harəkatı olan "Həmas"ın film çəkilişləri ilə bağlı planlarından xəbər vermişdik. Eyni zamanda "Hollyvood"a qarşı "Hamswood"un işə düşməsi və görəcəyi işlərdən xəbər vermişdik.