Orta şərq » İran, İraq xalqına hər cür kömək etməyə hazırdır!
İran parlamentinin sədri Əli Laricani, İraqın siyasi, iqtisadi və təhlükəsizlik baxımından yenidən formalaşmasının ölkənin əhəmiyyətli prioritetləri arasında olduğunu və İran İslam Respublikasının İraq xalqına bu istiqamətdə istənilən yardımı etməyə hazır olduğunu ifadə edib
FaktXəbərin İran mediasına istinadən verdiyi məlumata əsasən, İran İslam Respublikasının parlament sədri Əli Laricani, İraq Milli Konqresinin rəsmisi Əhməd Çələbi ilə görüşündə İranın İraq xalqına kömək etmək üçün əlindən gələni edəcəyini söyləyib. Qeyd edəki , Əhməd Çələbi ilə görüş zamanı İraqın həssas şərtlərinə toxunan parlament sədri Laricani, bu şərtlər daxilində İraq xalqının vəhdət və ərazi bütövlüyün zəruri olduğunu vurğulayıb.

İraq xalqının öz ölkəsini idarə edə biləcək bir qüvvədə olduğunu ifadə edən Əli Laricani, İraqın siyasi, iqtisadi və təhlükəsizlik baxımından yenidən formalaşmasının ölkənin əhəmiyyətli prioritetləri arasında olduğunu və İran İslam Respublikasının İraq xalqına bu istiqamətdə istənilən yardımı etməyə hazır olduğunu bildirib. Xatırladaq ki, görüş zamanı İraq Milli Konqresinin rəsmisi Əhməd Çələbi də ölkəsinin son vəziyyəti ilə əlaqədar təqdim etdiyi hesabatdan sonra, müstəqil İraqın ölkəsinin qurulması üçün İran İslam Respublikasının etdiyi köməklərə görə bu ölkəyə minnətdar olduqlarını qeyd edib.





Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!