Yaxın şərq » Qüdsdə qarşıdurmalar davam edir
Artıq dörd gündür ki, Qüdsdə yəhudi ortodokslarla polis arasında qarşıdurma davam edir. Hər iki tərəfdən xəsarət alanların sayı artır. İxtişaşçılar hərbi təhlükəsizlik qüvvələrinə şüşə qablar və daşla hücum ediblər. 



Qüds polisinin sözcüsü Mikki Rozenfeldin verdiyi məlumata görə, ixtişaş nəticəsində 18 polis işçisi xəsarət alıb, 50 ixtişaşçı isə həbs edilib. Toqquşmaların qarşısını almaq üçün şəhərin müxtəlif əyalətlərindən əlavə polis qüvvələri cəlb edilib. 

Qeyd edək ki, toqquşmalara səbəb şəhərdə ruhi xəstə olan bir qadının öz uşağını ac saxlaması olub. Adı məlum olmayan qadın bu gün Qüdsdə məhkəmə qarşısına çıxacaq. Polisin məlumatına görə, qadın məhkəmədən əvvəl psixi yoxlamadan keçiriləcək. 

Xatırladaq ki, ixtişaşda bir neçə min sekta üzvü iştirak edib. Qüds polsinin rəisi Aron Franko ultra-ortodoksları sakitləşməyə və heç kəsin ciddi ziyan çəkmədən geri çəkilməyə çağırıb. Lakin sektanın lideri İshaq Kirşenbaum öz tərəfdarlarını son damla qana qədər mübarizə aparmağa çağırıb.ans tv

Faktxeber.com
 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!