Aksiya iştirakçıları, "İngiltərəyə ölüm, hicab bizim mətanətimizdir, biz şəhadətlə fəxr edirik , faşizm irqçi sionistlərin əlaltısıdır, müsəlmanın sükutu Qurana xəyanətdir və terrorizmə ölüm" kimi şüarlar səsləndiriblər
FaktXəbərin İran mediasına istinadən verdiyi məlumata görə, Tehranlı xanımlardan ibarət bir qrupaksiya iştirakçısı, Almaniya məhkəməsində misirli qadın Mərvə Əşşərbiniə qarşı tördəilən cinayətə etiraz əlaməti olaraq, Almaniyanın İrandakı səfirliyi qarşısındapiket keçiriblər. Aksiya iştirakçıları , "İngiltərəyə ölüm, hicab bizim mətanətimizdir, biz şəhadətlə fəxr edirik , faşizm irqçi sionistlərin əlaltısıdır, müsəlmanın sükutu Qurana xəyanətdir və terrorizmə ölüm!" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, İran İslam Respublikasının İslam Şurası məclisinin mili təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü də bu piketdə iştirak edib. Komissiya üzvü piket zamanı deyib ki, "Almaniyanın apeliyasiya məhkəməsində törədilən bu cinayət , ürək ağrıdan, qorxulu bir faciədir və onun arxasında mütəşəkkil hərəkətlər mövcuddur". Xatırladaq ki, Piketin sonunda, törədilən bu cinayətin pislənilməsinə dair qəbul olunan bəyanatda, piketçilər məsələnin beynəlxalq təşkilatlar tərəfindən izlənilməsini tələb ediblər.