![](/up/news/article/thumb_tariqhashimi.jpg)
İraq dövlət başçısının köməkçisi Tariq əl-Haşimi: "İraqda müsəlmanlarla xristianlar arasında ayrı-seçkilik yaratmaq istəyirlər"
FaktXəbər İran mediasına istinadən xəbər verir ki, İraq dövlət başçısının köməkçisi Tariq əl-Haşimi, İraqda bəzi kilsələrə təşkil edilən hücumların düşmənlərin İraqda müsəlmanlarla xristianlar arasında ayrı-seçkilik yaratmağı hədəflədiyini açıqlayıb. Qeyd edək ki, bu günlərdə İraqda xristianlara məxsus kilsələrdə partlayış törədilib və bu partlayışlarda bəzi Xristian vətəndaşları da həlak olub. Baş verən hadisələrlə əlaqədar şərh verən İraqın dövlət rəsmisi Tariq əl-Haşimi, bu hadisələrin düşmənlərin İraqda müsəlmanlarla xristianlar arasında ayrı-seçkilik yaratmaq planı olduğunu söyləyib.
Xatırladaq ki, İraq dövlət başçısı da bir neçə kilsəyə təşkil edilən hücumda vətəndaşların öldürülməsini şiddətlə qınayıb və hadisədə günahkar olan terrorçuların dərhal həbs olunması barədə göstəriş verib. Nəzərinizə çatdıraq ki, İraqda artıq kifayət qədər məğlub olan ABŞ və müttəfiq ölkələr artıq İraq üçün yeni plan üzrə işğalçılıq siyasəti aparırlar. "İxtilaf yarat və işğalçılıq et" planı artıq İraqın xristianlara aid kilsələrinə olunan hücumlarla öz əksini tapıb.
www.FaktXeber.com