Yaxın şərq » Əmr Musa: "İsrail artıq dünyanı aldada bilməz"
Ərəb Ölkələri Birliyi Təşkilatının Baş Katibi Əmr Musa Qüdsdə yəhudiləşdirmə siyasəti yürüdərək, Qəzzanı blokadada saxlayaraq, Qərbi Şəriyədə normal həyatı çətinləşdirərək, digər tərəfdən də Israilin sülh istəyirik deməsinə heç kimin inanmayacağını söyləyib
FaktXəbərin dünya mediasına istinadən verdiyi məlumata görə, Ərəb Ölkələri Birliyi Təşkilatının Baş Katibi Əmr Musa, İsrailin artıq dünyanı aldada bilməyəcəyini, Qüdsdə yəhudiləşdirmə siyasəti yürüdərək, Qəzzanı blokadada saxlayaraq, Qərbi Şəriyədə normal həyatı çətinləşdirərək, digər tərəfdən də sülh istəyirik deməsinə heç kimin inanmayacağını söyləyib. Baş Katib Əmr Musa həmçinin, "Artıq hər kəs nəyin doğru olduğunu bilir. Sionist İsrail hökuməti artıq dünyanın israil-Ərəb problemiylə yaşamaq istəmədiyini anlamalıdır" şəklində çıxış edib.
 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!