![](/up/news/article/thumb_husnumubarek.jpg)
Misir prezidenti Hüsnü Mübarək işğal altındakı Fələstin torpaqlarında yəhudiləşdirmə səylərini tənqid edərək sionist İsrail rejiminə xitab olaraq bunun ciddi bir səhv olduğunu ifadə edib
FaktXəbərin İsrail mediasına istinadən verdiyi məlumata görə, Misirin prezidenti Hüsnü Mübarək ilk dəfə İsrail əleyhinə müəyyən tənqidi fikirlər səsləndirərək, sionist rejimin Fələstin təşkilatları ilə əsir dəyişməsini bilərəkdən pozduğunu bildirib. İsraildə nəşr olunan "Yediot Aharanot" qəzetinə müsahibə verən Misir prezidenti Hüsnü Mübarək bildirib ki, "İsrailli əsir əsgər Gilad Şalidin Misirə təslim olunması razılaşdırılsa da, ancaq İsrailin son anda əsir dəyişməsi üçün şərtlərini dəyişməsi əldə olunan razılaşmanı pozub". Qeyd edək ki, prezident Hüsnü Mübarək əsir dəyişməsi üçün bütün şərtlərin tamamlandığı halda İsrailin son anda birdən fikirlərimi dəyişdirdiyini və hər şeyi məhv etdiyini ifadə edib. Nəzərinizə çatdıraq ki, Hüsnü Mübarək eyni zamanda işğal altındakı Fələstin torpaqlarında yəhudiləşdirmə səylərini də tənqid edərək sionist İsrail rejiminə xitab olaraq bunun ciddi bir səhv olduğunu ifadə edib.
www.FaktXeber.com
www.FaktXeber.com