Yaxın şərq » Hindistanda bir müsəlmanın öldürülməsi kütləvi nümayişlərlə nəticələnib
Hindistanın Kəşmir ştatında kütləvi nümayiş baş verib. Hadisəyə səbəb yerli müsəlmanlardan birinin öldürülməsi olub. ANS PRESS-in “Vesti .ru”-ya istinadən verdiyi xəbərə görə, yerli İslam icmasının nümayəndələri bildiriblər ki, həlak olan şəxs Kəşmir ştatının təhlükəsizlik xidməti tərəfindən oğurlanaraq qətlə yetirilib.


İcma nümayəndələrinin bəyanatından sonra Kəşmirin Şrinaqara şəhərində kütləvi nümayişlər geniş vüsət alıb. Aksiya iştirakçıları polislərə hücumlar təşkil ediblər, lakin onların bu cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, nümayiş küçələrdə sülh marşları və şüarlarla nəticələnib.


ANS PRESS


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!