Yaxın şərq » Pakistanda Taliban lideri həbs olunub
Pakistan polisi, Taliban liderlərindən Fəyyazın həbs olunduğunu açıqlayıb
FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Pakistanın Nosəhra şəhərinin polis rəsmiləri Taliban liderlərindən olduğu iddia edilən Fəyyaz adlı taliban lideri ilə iki qardaşının həbs olunduğunu açıqlayıb. Polis rəsmiləri tutulan üç Taliban üzvləri ilə birlikdə çox sayda silahın da ələ keçirildiyni qeyd edib. Qeyd edək ki, Nosəhra şəhərinin Hoti Khəl bölgəsində bir evə təşkil edilən basqında tutulan Fəyyaz və iki qardaşı ilə birlikdə əl qumbaraları da ələ keçirilib. Xatırladaq ki, Pakistan höküməti Fəyyaz adlı Taliban liderinin bölgədə reallaşan çox sayda hücumun səbəbkarı kimi qəbul edir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!