İmam Əli(ə)-ın mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla təbriklərini bildirən Ayətullah Xamenei İmam Əli (ə) şəxsiyyəti, ədaləti və hakimiyyətinin təməllərinə işarə edib.
Ayətullah Xamenei İrandakı proseslərin əslində namizədlərin səsinin düzgünlüyünü ortaya çıxarmaq olduğunu bildirərək bu ixtişaşların arxasında Qərb ölkələrinin durduğunu bildirib.
İran İnslam İnqilabı rəhbəri çıxışında bu ölkələrə mesaj da verərək: "Bu ölkələrin İranın daxili işlərinə qarışmasına görə son dövrlərdə yaxşılaşan əlaqələrə zərbə ola bilər"- deyib.
Ayətullah Xamenei xalqı bir daha diqqətli olmağa səsləyərək düşmənlərə fürsət verməməyə çağırıb.
"İran xalqının düşmənlərinin, kinlərini İrana qarşı birləşdirdikləri zaman İran xalqının aralarındakı ixtilafa baxmayaraq qərb ölkələrinə güclü bir yumruq atacaq" deyən Ayətullah Xamenei İrandakı vəziyyətdən sui istifadə edən bəzi qərb liderlərinə səslənərək: "İran xalqı sizin hiylələrinizə cavab verəcək"-deyib.
Islam-Azeri.az