Orta şərq » “Ədalətin ölçüsü, hüququn tətbiq olunmasıdır. Cəmiyyətdə hüquq tətbiq olunsa ədalət də reallaşacaq”
Bu sözləri İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamenei məhkəmə işçilərini qəbul edərkən deyib.
İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadlı verdiyi məlumata görə İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei məhkəmə işçilərini qəbul edərkən bütün narazılıqların qanuni yollar həll edilməsini mühüm sayaraq İran xalqının vəhdətinə ziyan vurulmasının qarşısının alinmasının vacibliyindən danışıb.

İranın daxili işlərinə qarışan qərb ölkələrinə bir daha tənqid edən Ayətullah Xamenei: “Sanki onlar, bütün problemlərini həll etdilər və yalnız İran problemi qaldı… İran xalqı şüurlu, oyaq və müdrikliyə sahib bir xalqdır. Bu xalq, kimyəvi bombalananda və mərmilərlə qətl ediləndə, evləri yerlə yeksan ediləndə bu ölkələr İran xalqının düşmənlərinə kömək etmişdi.”-deyərək İran-İraq müharibəsi zamanı onların Səddam rejimini dəstəklədiyini xatırladıb.

Amerika və Avropa ölkələrinin, Əfqanıstan, Livan, İraq və Fələstin xalqına qarşı işlətdiyi cinayətlərə işarə edən Ayətullah Xamenei, Amerika və Avropa ölkələrindən sədaqət və mərhəmətin gözlənilməyəcəyini bildirərək: “Əgər bu ölkələr, İranlı etirazçıları dəstəkləyirsə, hədəfləri müəyyəndir. İran xalqı da bunu yaxşı başa düşür. Əgər İran xalqı və İslam inqilabı, bir olaraq möhkəm dayanarsa, İranın düşmənlərinin etdikləri, heç bir zərər verə bilməyəcək” deyib.

Məhkəmənin ədalətli olmasının şəri vacibat olduğunu diqqətə çəkən İnqilab rəhbəri: “Ədalətin ölçüsü, hüququn tətbiq olunmasıdır. Cəmiyyətdə hüquq tətbiq olunsa ədalət də reallaşacaq” -deyib.

28 İyun 1981-ci ildə təşkil edilən hücumla Ayətullah Behişti və digər İranlı dövlət rəsmilərinin şəhid edilməsinə toxunan Ayətullah Xamanei, “Bu hücumla, İslam inqilabını seçilmiş və məşhur şəxslərindən məhrum etməyi hədəflədilər. Düşmənlərin gözləmələrinə və bu sui-qəsdlərinə baxmayaraq İslam inqilabı daha gücləndi, möhkəmləndi” deyərək düşmənlərin planının əslində baş tutmadığına işarə edib.

İslam-Azeri.az


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!