Orta şərq » Mahmud Əhmədinejad: "İran münasibətlərin məntiq, sülh və dialoqa əsasən inşikafı üçün çalışır"
İran prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrinə səslənib.
O, Qərbi İranda baş tutmuş seçkilərin nəticələrinə müdaxilə edici açıqlamalara davam etməməyə çağırıb. "CNN Türk"ün məlumatına görə, o, Qərb ölkələrinə ən yaxşı cavabı xalqın özünün verdiyini bildirib. "Müdaxilə edici açıqlamalarınıza davam etsəniz İran xalqının cavabı çox sərt və peşmanedici olacaq. Artıq vur-qaç vaxtı başa çatıb. Hər hərəkətiniz İran xalqı qarşısında peşmanlıqla nəticələnəcək. Onlar İran xalqının ruhunu sındıra biləcəklərini zənn edirdilər. Ancaq bir daha yanıldılar. Çünki onlar iranlıları yaxşı tanımırlar".

Təhrik və təbliğatla hökumətin nəzarət altına alınmaq istədiyini bildirən Əhmədinejad daha güclü şəkildə Qərbin qarşısına çıxdıqlarını vurğulayıb.

Onun sözlərinə görə, İran münasibətlərin məntiq, sülh və dialoqa əsasən inşikafı üçün çalışır. İran prezidenti Qərb ölkələrinə xitabən-"Bundan sonra beynəlxalq ictimaiyyətdə onların yaxasından tutub ədalət masasına çəkəcəyik", deyib.

"Məzlum millətlərin mərhəmətsiz və acımasız bir şəkildə Qərb ölkləri tərəfindən qətlə yetirildiyini" deyən Əhmədinejad əlləri minlərlə günahsız insanın qanına bulaşan ölkələrin demokratiyadan dəm vurduğunu bildirib.

Mahmud Əhmədinejad etibarlarına ziyan vurmadan bu ölkələrin davranış və mövqelərini dəyişdirmələri gərəkdiyini qeyd edib. /ANS PRESS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!