Orta şərq » İranda CIA`in inqilab planı deşifrə oldu
CIA`in 75 milyon dollarlıq büdcə ayıraraq yeni ildən bu yana icra etdiyi ’soft revolution’ hərəkəti çökdürüldü…
İranda 12 İyun seçkilərindən bu yana edilən nümayişlər davam edərkən, qarışıqlığın ana səbəbi olaraq qarşıya qoyulan bir iddia gözləri CIA`ə çevirdi. İranın yarı rəsmi xəbər agentliyi Mehr, CIA`in 2009-cu ilin başından bu yana İranda ‘yumşaq inqilab’ (soft revolution) icra etdiyini iddia etdi. Mehrə görə, CIA, bu “yumşaq inqilab” proyekti çərçivəsində, Dubaydan idarə olunan və İranlılarla ABŞ arasında birə-bir əlaqəni təmin edən bir “network” şəbəkəsi qurulmuşdur. Məqsəd yaradılan, bu şəbəkə vasitəsilə İranda müxalifəti yüksəltmək, bir rəngli inqilab etmək idi.

Bu işin bacarılması üçün; vətəndaş cəmiyyət quruluşları, peşələr tərəfindən təşkil ediləcək şiddət ehtiva etməyən nümayişlər, vətəndaş itaətsizlik İranın hər tərəfinə yayılaraq hökumət üzərində təzyiq yaradılacaqdı. Mehrə görə, müxaliflər tələsik edincə proyekt daha 32 milyon dollar xərclənmişkən çökdü.

Mehr xəbər agentliyinə görə, bu proyekti CIA adına xaricdən icra edənlər, Woodrow Wilson Vəqfi, Soros Vəqfi, Açıq Cəmiyyət İnstitutu, AIPAC, Türkiyə, Azərbaycan, BAE və Küveytdəki CIA agentləri idi.

Azerimedia

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!