Silah » İran "vilayət günəşinin doğması" adı altında hərbi təlimlərə başlayıb
İran Hərbi Hava Qüvvələrinin bu gündən hərbi təlimlərə başlaması barədə xəbərlər yayılıb.


İRİNN xəbər kanalının məlumatına görə, 4 gün sürəcək hərbi təlimlər Fars körfəzi və Əmman körfəzi üzərində, üç mərhələdə həyata keçiriləcək. Təlimlər zamanı pilotlar 3 600 kilometr uçuş həyata keçirəcək.

Hərbi Hava Qüvvələrinin komandir müavini Möhsün Dərəbağı bildirib ki, təlimlər şərti "Milade nure velayət" yəni "vilayət günəşinin doğması" adı altında keçiriləcək. "Təlimlərin keçirilməsində məqsəd gənc pilotların hərbi manevr gücünün artırılması, yeni istehsal olunmuş hərbi sursatın sınaqdan keçirilməsi, qırıcı təyyarələrdə hərbi texnikadan istifadə, hədəflərin məhv edilməsi üzrə sınaqlar və havada yanacaqdoldurma prosesinin həyata keçirilməsidır". /ANS TV/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!