Analitika və müsahibə » Fələstin Barışının Reallaşması Üçün Uşaqların Öldürülməsi; Amerikan Xaxamının Həll Təklifi!
Amerika "Minisota" əyaləti "Beyti Hanna" Yəhudi Araşdırmaları Mərkəzi Müdiri həddindən artıq meylçi Xaxam Manis Feridman Fələstin torpaqlarında barışın reallaşması üçün, Fələstin Müsəlmanlarının müqəddəs məkanlarının korlanması, Fələstinlilərin evlərinin yerlə bir edilməsi, qadınların, kişilərin və uşaqların öldürülməsinin həll yolu olduğuna inanır.


İran Quran Xəbər Agentliyinin "İslam Online" Məlumat Çatdırma Mərkəzindən bildirdiyi xəbərə görə, "Haaretz" qəzeti, 9 İyun çapında Amerikalı fanatik Xaxam Manis Feridmanın utanc dolu şərhlərindən bəzilərinə yer verdi. Nəşr olunan xəbərə görə Feridman bu iddiada oldu: "Fələstindəki gerçək barış yalnız bu torpaqlarda yaşayan Ərəblərin öldürülməsi və onların evlərinin yerlə bir edilməsiylə mümkündür."

"Xaxamlardan problem" proqramında danışan fanatik Amerikalı Xaxam şərhlərinə belə davam etdi: Fələstin vətəndaş xalqının və uşaqların öldürülməməsi və evlərinin yıxılmamasını əxlaqi bir dəyər sayan qərb anlayışına inanmıram. Mən Yəhudilərə xas bayramlarda Fələstin qadın və uşaqlarının öldürülməsini və Müsəlmanların qəbirlərinin ortadan qaldırılmasını istəyirəm.
Media-islam.Com

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!