
Layihənin rəhbəri Markus Uienner filmin çəkilişi qurtarandan sonra DVD və internet vasitəsi ilə bazara çıxaracaqlarını bildirib. O çəkiləcək filmin əsas mövzusunun İslamlaşan şəhərlər olacağını söyləyib. Qrupun iddiasına görə xristianların əlində olan şəhərlər müsəlmanların idarəsi altına keçəndən sonra İslam dinini qəbul edir. Konstantinopolun İstanbul oduqdan sonra dəyişdiyini xatırladan layihə rəhbəri Markus Köln şəhərində müsəlmanların sayının artmasından bərk narahatdır.
Xatırladaq ki, Almaniyada radikal xristian qrup kimi tanınan qrup bir müddət əvvəl Köln şəhərində məscid tikilməsinə də qarşı çıxmışdı.
WWW.DEYERLER.ORG