Analitika və müsahibə » «Məscidlərin dağıdılması dayandırılmalıdır»
İslam-Azeri-yə Azərbaycan İslam Demokrat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə:

May ayının 25-də Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Ali Məclisinin toplantısı keçirilib. Toplantıda son vaxtlar Azərbaycanda bəzi məscidlərin bağlanması, sökülməsi məsələləri müzakirə edilib.
Müzakirələr zamanı qeyd olunub ki, son dövrlər ardıcıl olaraq bəzi məscidlərin təmir adı ilə bağlanması, dağıdılması, dindarların məscidlərə buraxılmamasının adi hala çevrilməsi islamçı demokratları ciddi şəkildə narahat edir. Çıxışçılar bildiriblər ki, iqtidar mənsublarının dindarların üzərində belə sürətli, çox istiqamətli, çoxşaxəli gəzişmələri Azərbaycan xalqının və dövlətçiliyinin ciddi problemlərlə üzləşməsindən xəbər verir. İslamçı demokratlar hesab edirəlr ki, iqtidarın belə hərəkətlərinin artması bir neçə vacib məsələdən verir: «Birincisi, apardıqları siyasətin özlərinə məxsus olmayıb, cüc ölkələrinin qarşısında İslama qarşı olan öhdəçiliklərinin yerinə yetirilməsidir. İkincisi, özlərinin siyasi və biznes maraqları, üçüncüsü, daxili və xarici siyasətdə, həmçinin Qarabağla bağlı gedən proseslərdə baş verən uğursuzluğu kimlərinsə üzərinə yıxmaq niyyəti güdülür. Eyni zamanda öz hakimiyyətlərinin ömrünün uzanmasına, monolitliyinə nail olmaq istəyi var, həmçinin ölkəni özlərindən başqa idarə edə biləcək bir qüvvənin olmadığını göstərməkdir».
Çıxışçılar onu da vurğulayıblar ki, bu prosesdə məscidlərin sənədlərinin bilərkədən vaxtında qaydaya salınmaması, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin baş verənlərlə bağlı gec, həmçinin özünümüdafiə tipli reaksiya verməsi də rol oynayıb.
Müzakirələr zamanı məscidlər ətrafında baş verənlərə cəmiyyətin üzdə olan təbəqələrinin reaksiya verməməsi də tənqid olunub. İslamçı demokratlar öz çıxışlarında bildiriblər ki, bir qrup gəncdən savayı digər təbəqələr passivlik nümayiş etdiriblər: «Gənclərin bu məsələdə aktivliyi, etirazlarını bildirməsi bizdə gələcəyə inam yaratdı. Amma həm iqtidar, həm də müxalifəti təmsil edən ziyalıların özlərini heç nə olmamaış kimi müşahidəçi qismində aparmaları, mövqesizlikləri bizi ciddi şəkildə narahat edir. Hazırkı vəziyyətdə iqtidar mənsubldarının uzaqgörənlik nümayiş etdirməməsi, eləcədə müxalifət düşərgəisinin bu məsələdə gözləmə mövqeyi tutması ciddi problemdir». AİDP-çilər hesab edirəlr ki, bu olaylar parlament seçkilərindən qabaq hansısa süni qarşıdurmaların yaradılacağından xəbər verir.
Müzakirələr zamanı o da bildirilib ki, iqtidar tərəfindən sabitliyi qorumaq adı altında yol verilən spekulyasiyalara islamçı demokratlar dindarların ictimai-siyasi, mənəvi cəhətdən maariflənməsi istiqamətində addımlar atmaqla cavab verəcəklərini bildiriblər: «Biz hesab edirik ki, hər bir vətəndaş, xüsusilə də dindarlar baş verən proseslərdən agah olmalı, qızışdırıcı, təxribatçı əməllərə tələsik reaksiya verməməlidirlər».
Tədbirdə çıxış edənlər onu da bildiriblər ki, bir məscidin tikilməsi və abad olunmasında iştirak edən yüzlərlə insanın zəhmətinin yerə vurulması, ibadətə gələn minlərlə insanın qəlblərinin qırılması, mütləq qüdrət sahibi olan Allaha və onun məbədinə qarşı bu cür üsyankarlıq, dindarların ruhiyyəsində hakimiyyətə qarşı rəğbətin azalmasına səbəb olacaq və eyni zamanda bu iki qüvvənin arasında düşmənçilik toxumunun səpilməsi ilə nəticələnəcək: «Ona görə də baş verə biləcək qarşıdurmaların qarşısını almaq üçün hakimiyyət mənsubları tərəfindən atılacaq addımlar sürətləndirilməlidir».
AİDP-çilər bildiriblər ki, məscidlərlə bağlı aparılan dağıdılma, qapısına kilid vurma əməliyyatları dayandırılmaılıdır.

İslam-Azeri internet qəzeti

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!