Analitika və müsahibə » "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmalıdır"
İslam Konfransı Təşkilatının Baş katibi Ekməlləddin İhsanoğlu

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymasına tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. Bu barədə bu gün Dəməşqdə İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin 36-cı sessiyasında çıxışı zamanı təşkilatın Baş katibi Ekməlləddin İhsanoğlu bildirib.

“Biz Dağlıq Qarabağın ermənilər tərəfindən qeyri-qanuni işğalı məsələsində Azərbaycanı dəstəkləməkdə davam edirik. Biz tələb edirik ki, BMT–nin bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələri yerinə yetirilsin”, - deyə İhsanoğlu çıxışında bildirib.

Bu gün Dəməşqdə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası öz işinə başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyrov, Suriya prezidenti Bəşər Əsəd, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər iştirak edirlər. Mayın 25-də başa çatacaq sessiyanın yekununda bir sıra qətnamələrin qəbulu gözlənilir. /ANS PRESS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!