Məzunlar Misir Mərdanovun təklifini top-tüfənglə qarşıladı
10 gündən sonra daha bir tədris ilinə yekun vurulacaq. Orta məktəb məzunları 11 illik tədris müddətini başa çatdırıb məktəbdən ayrılacaq. Hər kəsin yaddaşında silinməz iz qoyan “Son zəng”in bu il keçirilməsi ilə bağlı narazılıq var. Buna səbəb isə aprelin 30-da Neft Akademiyasında baş verən qanlı olaydı. Ötən gün təhsil naziri Misir Mərdanov da məzunları həmin günü kütləvilik yaratmamağa çağırıb. ““Son zəng” ləğv oluna bilərmi" sualına cavab olaraq nazir bununla bağlı hər hansı qərar olmadığını deyib. Bildirib ki, məzunlar “Son zəng”i qeyd etməsələr də olar.
Başqa məlumata görə isə hakimiyyət bu tədbiri ona görə keçirmək istəmir ki, gənclərin “Gül bayramı”nda olduğu kimi bu zaman da aksiya keçirəcəyindən qorxur.
Dünən bir neçə məktəbdə 11-cilərlə söhbətləşib tədbirə hazırlıqlarla maraqlandıq. Məlum oldu ki, məzunlar nazirlə razılaşmır və bütün məktəblər sevinclə “Son zəng”ə hazırlaşır.
“Nazirə söz veririk, özümüzü ağıllı aparacağıq”
İlk getdiyimiz ünvan Nizami rayonu 61 saylı məktəb oldu. 11-cilər “Son zəng”ə böyük həvəslə hazırlaşdıqlarını dedilər. Onlar telekanallar vasitəsilə nazirin fikirləri ilə tanış olduqlarını söylədilər: “Dünən (srağagün-red.) nazirin ”Son zəng"lə bağlı fikirlərini dinlədik. Düşünürük ki, həmin gün məktəbdə xoşagəlməz hallar baş verə bilməz. Çünki həmin gün polislər hər şeyi nəzarətdə saxlayır".
Məzunlar “Son zəng”i saat 10-da məktəbdə keçirəcək. Sonra isə şəhərə çıxmaq haqqında düşünürlər: “Bilirik ki, 11-cilərə şəhərə çıxmaq qadağan edilib. Amma biz nazirə söz veririk ki, özümüzü yaxşı aparacağıq”.
Uşaqlar yarızarafat-yarıciddi məktəbin təhlükəsizlik sistemindən də şikayətləndilər: “Bizim məktəb elə qorunur ki, bura terrorçu yox, kamikadze də rahatca girə bilər”.
Valideynlər övladlarına şəhərə çıxmağı qadağan edib
62 saylı məktəbin məzunları da “Son zəng”ə hazırlaşır. Onlar bu tədbirin keçirilməməsi ilə bağlı yayılan söz-söhbətlə əsla razılaşmadılar: “Məlumat var ki, ”Son zəng"ə qadağa qoymaq istəyirlər. Biz bununla heç vaxt razılaşa bilmərik. Bu, hər insanın həyatında bir dəfə yaşanan gündür. Buna necə qadağa qoya bilərlər axı? “Son zəng”i yüksək səviyyədə qeyd etmək bizim haqqımızdır".
Uşaqlar valideynlərinin də narahatlıq keçirdiyini dedi: “O qədər yalan məlumatlar yayılıb ki, valideynlərimiz də o günü qorxu içində gözləyir. Uşaqların çoxunun atası həmin günü şəhərə çıxmağa qadağa qoyub”.
214 saylı məktəbin məzunları isə artıq “Son zəng” hazırlıqlarının başa çatmaq üzrə olduğunu söylədi: “Direktorumuz əvvəl istədi ki, mane olsun. O, bizi düşündüyü üçün bunu edirdi. Düşünürdü ki, birdən nəsə baş verə bilər. Amma sonradan ”Son zəng"ə hazırlaşmağa icazə verdi. Şəhərə çıxmaq məsələsinə gəlincə isə buna nə qədər qadağa qoyulsa da bütün məktəblərin məzunları çıxacaq. Ötən illərin məzunları kimi bizim də “Son zəng”i qeyd etmək haqqımız var".
145 saylı məktəb təmir olunduğu üçün 214 saylı məktəbə köçürülüb. Onlar “Son zəng”i də birlikdə qeyd edəcək. Buna görə uşaqların kefi pozulsa da yenə də həvəslə mayın 30-na hazırlaşırlar: ““Son zəng”i neçə illər təhsil aldığımız məktəbdə qeyd etsəydik, daha yaxşı olardı. Buna görə əhvalımız bir az pozuldu. Amma yenə də həvəslə hazırlaşırıq. Buna qadağa qoymaq düzgün deyil. Həmin gün biz 11 illik dostlarımızdan ayrılırıq. Bu günü necə istəyiriksə, elə də qeyd etməliyik. Bizə heç kəsin qadağa qoymaq haqqı yoxdur. Düzdür, 30 aprel olayına görə çox pis olduq. Amma bu o demək deyil ki, bu hadisə tez bir zamanda təkrarlana bilər".
61 saylı məktəbin məzunlarından başqa söhbətləşdiyimiz uşaqlar adlarını deməkdən çəkindi. Buna səbəb isə qarşıda onları gözləyən imtahandır.
“Son zəng” ərəfəsi valideyn iclası keçiriləcək
Bakı Şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı sözügedən tədbirin keçiriləcəyini söylədi. O, məsələ ilə əlaqədar artıq idarə rəisi Nailə Rzaquluzadənin əmr imzaladığını dedi: “Əmrdə deyilir ki, ”Son zəng" tədbirləri 30 may saat 10-dan 13-ə qədər yalnız məktəbin həyətində keçirilə bilər. Direktorlara tapşırılıb ki, “Son zəng” tədbirlərinin keçirilməsinə ciddi nəzarət etsinlər. Tədbirlərə əmək veteranları, elm, mədəniyyət xadimləri, alimlər, pedaqoqlar və valideynlər dəvət olunsun".
Z.Əliqızı dedi ki, “Son zəng” ərəfəsində valideynlər iclası keçiriləcək: “İclasda valideynlərin nəzərinə çatdırılacaq ki, “Son zəng”lə bağlı məktəbin ərazisindən kənarda keçiriləcək hər hansı tədbirdə baş verən hadisənin məsuliyyəti onların üzərinə düşəcək. Tədbirin rəsmi hissəsindən sonra məktəbin ərazisində keçiriləcək şənliklərdə də məktəb rəhbərliyi və kollektivi iştirak etməlidir. “Son zəng”in təhlükəsizliyinin təmin olunması üçün isə direktorlara tapşırılıb ki, zəruri tədbirlər keçirsinlər".
Z.Əliqızı dedi ki, Bakı Şəhər Baş Polis İdarəsinə də müraciət ediblər: “Onların da nəzərinə çatdırmışıq ki, ”Son zəng" tədbirləri məktəbin ərazisində 3 saat ərzində olacaq. Polis məktəbin həyətində keçiriləcək tədbirin təhlükəsizliyini təmin edəcək".
Zülfiyyə SAKİTQIZI
Yeni Musavat