Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlər zamanı “Taliban” hərəkatının 1000-dən çox döyüşçüsü öldürülüb.
Pakistan daxili işlər naziri Rəhman Malik bildirib ki, hazırda döyüşlər Svatın inzibati mərkəzi olan Minqora şəhəri yaxınlığında gedir. Ordu hissələri şəhəri tam mühasirəyə alsalar da, talibançılar ciddi müqavimət göstərirlər. Əməliyyatın hələ 2 ay davam edəcəyi istisna olunmur.
LENT.AZ