Analitika və müsahibə » Səudiyyəli terroristlə müsahibə
“Cihad” üçün İraqa gedən bir Səudiyyə ərəbistanılı Vahabinin başına nələr gəldi. Əhməd b. Abdullah b. Əbdürrəhman adlı gəncin dilindən yaşananlar bir reportaj olaraq Səudiyyə ərəbistanda nəşr olunan əl-Riyad qəzeti tərəfindən gündəmə gətirildi.

Terroristin reportajda bu gün peşmanlıqla etdiyi etiraflar olduqca əhəmiyyətlidir; ancaq keçən il 38 rəsmi alimə dünyadakı bütün Sünniləri Şiələrə qarşı cihada çağıran fətva nəşr ədən Səudiyyə ərəbistanının ABŞın xəbərdarlıqlarının ardından bu gün qəzetlərində terrorist etirafları yayınlatması da olduqca düşündürücüdür.
-Hadisəni xülasəylə izah edə bilərsənmi?
-İraqa cihad etmək və İraqı işğal edənlərlə döyüşmək üçün getdim. O zamanki düşüncəm bu idi. Qrupumuzun əmri Əbu Əbdürrəhman bir yanacaq tankını Bağdaddakı əl-Mənsur məhəlləsinə aparmağımı istədi. Getməyimi istədiyi yerin xəritəsini çəkdi.
Özünə ağır nəqliyyat vasitəsi sürməni bilmədiyimi söylədim. Mənə asan olduğunu söylədi. Açıqcası bu İraqa girdikdən sonra məndən istədikləri ilk “vəzifə” idi. Bu həqiqətən şübhə cazibədar bir şey idi. Ağır nəqliyyat vasitəsi sürməni bilmədiyim halda, təşkilatdakı hər hansı bir yolu bilən İraqlının edə biləcəyi işi məndən istəmişlər idi.
İşi rədd edə bilməzdim. Əks halda öldürülə bilərdim. Necə ki İraqa girdiyimdən bəri şübhəli rəftarları vardı. Qarşıdurmaya girmək üzrə bizi silahlı təhsildən keçirməmişlər idi. Amma yaxşı niyyət gərəyi onların namaz qıldıqlarını oruc tutduqlarını gördüyüm üçün Müsəlman və mücahid olduqları üçün məni öldürməyəcəklərini və ya mənə zərər verməyəcəklərini düşünmüşdüm.
İşi qəbul etdim. Vasitəni axşam doqquzda oraya çatdırmamı söylədilər. Təyin olunan vaxt gəlincə vasitəyə mindik; vasitə həqiqətən çox uzun idi. Vasitəni sürməm istəndi. Əl Mənsur prospektinə gəldiyimizdə vasitəsi dayandırdılar. Vasitədən endilər və başqa bir vasitəyə mindilər.
Tək qalmışdım. Qaçmağı düşündüm. Amma hara gedəcəkdim. Onlardan başqa kimsəni tanımırdıq. Allaha təvəkkül etdim. İstədikləri yerə getdim. Vasitəni sağa sürdüm,dayandım . Söylədikləri yerə çatdığımda yanacaq tankı qəflətən partladı; hər yerin atəş aldığını görə bilirdim. Partlama nəticəsində on iki adam öldü onlarla günahsız insan yaralandı.
Daha sonra partlamanın İordaniya konsulluğunu hədəf alan hücum zəncirindən biri olduğunu anladım. Bu cür vasitələr 26 ton mayeləşdirilmiş qaz daşıya bilirdi.
-Səni İraqa getməyə kim təşviq etdi? Gedərkən ailənə nə dedin?
-Başlanğıcda köhnə bir dostum gəldi. Onu uzun illər görməmişdim. Bir neçə görüşmə sonrası cihad mövzusunu danışmağa başladıq. Mənə ayə və hədislər oxuyurdu. Mənə bir neçə cihad filmi verdi. Ən təsir edicisi Xəttabın Əfqanıstan və Çeçenistandakı həyatıyla əlaqədar olanı idi.
Heç kimlə məsləhətləşmirdim. Eşitdiklərimdən və gördüklərimdən təsirlənmişdim. Mənə İraqa necə gedilə bildiyini söylədi. Özünün gedəcəyini ifadə etdi və mənim də getmək istəyib istəmədiyimi soruşdu.
Mənə bir fətva gətirmişdi. Yazanı xatırlamıram; amma ana ata və valideyinin icazəsi olmadan cihada gedilə biləcəyi yazırdı. O sıralar 26 alim və elm əhlinin imzaladığı bir fətva da nəşr olunduğunu xatırlayırdım. Bu da mənə cəsarət vermişdi. Ramazan ayının son on günündə idi.
-İraqa səfərini izah edə bilərsənmi?
-Danışmamızın üzərindən bir həftə keçmiş idi. Bəridədən Riyada oradan da Suriyəyə getdim. Suriyədə bizi Səudiyyə ərəbistanlı əslli Əbu Abdullah ləqəbli biri qarşıladı. Məni onunla dostum tanış etmişdi. O da məni Hələbdə Mazin adlı təşkilat əmrinə apardı.
Görüşməmizdə mənə adımı, qəbiləmi, harada yaşadığımı, təhsil vəziyyətimi, dini elmlər oxuyub oxumadığımı, məşhur alimlərdən birini tanıyıb tanımadığımı soruşdu. Diplomlarımı soruşdu. İraqa girdikdən sonra dönüş olmadığını bilib bilmədiyimi soruşdu? Ölüm üzrə beyət edəcəkdim.
Sonra məni bir mehmanxanaya apardı. Orada iki gün qaldım. İki Səudiyyə iki də Faslı şəxslə qarşılaşdım. Sonra məni başqa bir mehmanxanaya apardı. Hələb bölgəsində bir yer idi. Ramazan bayramı sonuna qədər orada qaldım. Orada da Səudiyyə ərəbistanılı və Faslılar vardı.
Daha sonra Riqqə şəhərinə getdik. Digər koordinatorla görüşəcəkdik. Ondan sonra mən və bir başqa Faslı birlikdə yola qoyulduq. Mazin bizə biri İraq digəri Suriyə olmaq üzrə iki saxta şəxsiyyət vəsiqəsi vermişdi. Riqqəyə çatdığımızda Mazinin bizdən Təl Əbyaz prospektinə getməmizi istəmişdi. Koordinator bizi orada gözləyəcəkdi.
Oraya çatdığımızda Suriyə bədəvisi paltarlı biri gəldi. Bizə “Əl Məhdi Ya Yuli” dedi. Bu parol idi. Daha sonra Əbu Saleh ləqəbli adamın Səudiyyə ərəbistanlı olduğunu öyrəndim. Bizə Mazinin dediyi kimi ayaq ucuna bax, dedi. Bir mehmanxanaya getdik.
Orada birlikdə yola çıxdığım gənc yoldaşım vardı. Yola çıxdığımızdan bəri onu yalnız bir dəfə Hələdə görmüşdüm. Əbu Saleh məndən və üç adamdan Deri Zor şəhərinə gedib “qaçaqçı” olan son koordinatora çatmamızı istədi. Birini bizə əmr təyin etdi. Mikroavtobusla yola çıxdıq. Yola da onla davam etdik. Bir sahədə koordinator bizi gözləyəcəkdi. Bir az gecikdi; avtomobilinin xarab olduğunu söylədi. Qaçaqçıya Faslı, Suriyəli, İordaniyalı, Körfəzli və Yəmənli bir çox adamla birlikdə təslim edildik. 12 adam Əbu Məhəmməd ləqəbli cüt vətəndaşlığı olan yaşlı bir adamla əl-Bukemal sərhədinə gedəcəkdik.
Amma o gecə yoxlama vardı. Keçiş edə bilmədik. Deri Zora geri döndük. Sonrakı günü gözlədik. Axşam namazından sonra iki iki ana prospektə çıxdıq. Məndən diqqət çəkməmək üçün ana prospektə çıxmam deyildi. Sonra mikroavtobus gəldi. Əl-Bukemala çatmadan bir yük maşınının arxasında dayandıq.
Bizdən önə minməmiz istəndi. Yük maşınıda Əl-Bukemala gedəcək yük vardı. Yanımıza 12 adam daha mindi. Bir az irəlidə 7 Suriyəli vasitəyə mindi. Sayımız 31 olmuşdu. Sərhədə çatdığımızda Fərat Çayı sahilində bir tarla kənarında endik. Çay yoluyla bir qayıq gəldi. Bizi çayın ortasındakı adaya daşıdı. Oradan da yeddi yeddi digər tərəfə keçdik. Bunun səbəbi bizə söylədiklərinə görə körpüdə yoxlama olduğu idi. Saat hardasa 11 idi .
Çayı keçdikdən sonra bir mikroavtobus gəldi. Mindik və qaçaqçının evinə getdik. Bir az istirahət etdik. Sonra qaçaqçı bir tüfəng və gecə durbini götürdü. Sonra yeddi Suriyəlini almadan yola çıxdıq. Qaçır,sürətli gedirdik. Sübh namazı və qorxu namazı qıldıq. Qarşıdan bir fit səsi eşitdik; qaçaqçı da fit çaldı.
Uzaqdan İraqlılar gəlməyə başladı. Bizi qaçaqçıdan aldılar. Yanlarında 2. Fəlləcə döyüşündə yaralanmış 2 gənc vardı. Qaçaqçı geri döndü və biz İraqlılarla yola davam etdik. Yaş olaraq kiçik idilər. Bizdən günəş doğulmadan çatmağımız lazım olduğu deyildi. Qaçaraq getdik. İraqa girmişdik.
Bizi Əl-Qaidədə Ərəblərin əmri Faslı Əbu Asil qarşıladı. Əbu Asil, “istişhadi” (intiharçı) olmaq istəyənləri soruşdu və əl qaldırmalarını istədi. Kimsə əlini qaldırmadı. Bizə şəhadətin yaxşılıqlarından və fəzilətlərindən bəhs etməyə başladı. Amma kimsə fikirini dəyişdirməmişdi.
Bizdən üzərimizdəki pulları yığdı və hər birimizə 100 dollar verdi. Əlimizdəki pasportları aldı. Yanındakılara bizləri əl-Ənbar şəhərindəki Rave bölgəsinə aparmamızı istədi. Orada nəhəng bir mehmanxana vardı. 40 Ərəb burada təhsil almağı gözləyirdik.
Burada bir həftə qaldıqdan sonra Əl-Qaidə Rave Əmri Əbu Ubeyde əl-Ənsari ləqəbli adam məndən və digər bir Səudiyyə ərəbistanlı yoldaşdan Ramadiyə getməmizi istədi. Bizi aldılar; Ramadidə təhsil düşərgələri olduğunu söylədilər. Bir ay boyunca orada qaldıq. Heç bir təhsil almadıq. Vəziyyəti əl-Ənbar Əmri Əbu Usaməyə şikayət etdik. Təhsil almadan oturduğumuzu söylədik. Halbuki döyüşmək üçün gəlmişdik.
Bizi Bağdada aparacağını söylədi. Bizi Bağdadda Əbu Ömər əl-Kürdü ləqəbli bir İraqlı qarşıladı. Daha sonra bu adamın el-Qaidenin partlamalardan məsul adamı olduğunu öyrəndim.
Bu adam bizi əldirə bölgəsindəki evinə apardı. Evində bir gün qaldıq. Daha sonra eyni məhəllədəki başqa bir evə getdik. Orada bizi bir İraqlı gözləyirdi. Ləqəbi Əbu Əbdürrəhman idi.
Əbu Ömər əl-Kürdü, mənə Əbu Abdurahmanın əmrim olduğunu söylədi. Sonra getdi. Yeni qrupla qaldım. Doqquz nəfər idi və hamısı da İraqlı idi. Kimsə İraqdakı gerçək adından istifadə etmirdi.

-Birliktə getdiyiniz yoldaşına nə oldu?
-Həqiqətən ona nə olduğunu bilmirəm. Onu ən son Ravedəki mehmanxanada görmüşdüm. Daha sonra İraqda öldürüldüyünü eşitdim.
-Vəziyyəti necə tapdın?
-Şərtlər həqiqətən çox çətin idi. Təhlükəsizlik vəziyyəti İraqlılar üçün daha da çətindir. Təbii bu işğalın nəticəsidir. Allah İslam diyarlarını işğaldan qurtarsın; amma işğalla birlikdə işi çətinləşdirən başqaları da var. Ərəb və xüsusilə də Səudiyyə ərəbistanlı gənclərin İraqa gedişi İraqdakı işləri yaxşıca qarışdırır.
-Orada gördüyün ən aşkar hadisələr nə idi?
-Əbu Gureyb həbsxanasına edilən ikinci hücum idi. O sırada həbsxana xəstəxanasındaydım. Vəziyyət həm bizim üçün həm də Amerikalılar üçün çətin idi. Bu gördüyüm tək döyüş idi. Qarşıdurmalar nəticəsində iki tərəfdən də bir çox adam yaralandı və öldü. Nəticədə hücum müvəffəqiyyətsiz olmuşdu. Əsirlər və məhbuslar qurtarıla bilməmişdi. Hücum edənlərdən isə 30 adam ölmüşdü.
-İraqda Səudiyyə ərəbistanlı və Ərəblər varmı? Düşüncələri nədir?
-İraqda bir çox xarici Ərəb və Səudiyyə ərəbistanlı var. Çoxunun qaranlıq düşüncələri var. Alimləri və Müsəlmanların liderlərini dəlil və sübut olmadan təkfir edirlər. Şəxsən özüm bir liderlərindən İbn Əsas və İbn Useymeyni təkfir etdiklərini eşitdim. Təəssüf ki, düşüncələri budur!
-Səudiyyə gəncləri qarşıdurma bölgəsinə kim istiqamətləndirir?
-Belə fikirləşirəm ki bir çox adam. Ən çox da fətvalar. Millət bir çox əsassız fətva nəşr edir. Səudiyyə ərəbistandakı böyük alimlərin İraqa yaxud başqa bir qarşıdurma bölgəsinə getməyi qadağan etdikləri bilinir. Bunun səbəbi həqiqətən də çox məntiqlidir.
Belə fikirləşirəm ki bəzi birbaşa, bəzi bilvasitə səbəblər var. Məsələn, internet saytları. Bir çox sayt İslam adına İslamdan uzaq düşüncələr yayır. Təkfir və həddindən artıqlıq yayılır. İkincisi; kitablar, kasetlər, marşlar və filmlər. İnsanı titrədən kasetlər var. Təəssüf ki, hələ də daha kitabçılarda var.
-İraqlılar, Səudiyyə ərəbistanlıların Amerikalılarla döyüşməsindən razıdırmı?
-Təbii ki deyil!Şəxsən İraqlı milli mücahid camaat liderlərindən və üzvlərindən bunu eşitdim. Məsələn İslam Ordusu və 1920 İnqilab Briqadalarından. Əbu Gureybdə buna qarşı olduqlarını dinlədim. Onlar razı olsa da Vəlini Əmr Kral Abdullah b. Əbdüləziz razı deyil. Bu ölkənin şəri vəlisi razı deyil. Bilindiyi üzrə cihad üçün vəlinin icazəsi və buna görə ona itaət lazımdır.
-İraqa yaxud başqa bir ölkəyə gedən gənclər tanıyırsanmı? Bizə vəziyyətlərini izah edərsənmi? Sonları nə oldu?
-Bəli. Mənə yolu göstərən mənlə birlikdə İraqa getdi. Açıqcası hamısını bilmirəm; amma hamısı üçün kədərlənirəm. Oraya gedənin sonunu Allah bilər. Təhlükəsizlik çox çətindir. Vəziyyətləri də çox pisdir. Həm həbs içində həm də xaricində pisdir. Nəticə ya ölüm ya da həbs olur.
-İraqlılar və çox millətli güc sənə necə davrandı?
-Partlamadan sonra şüşədən sürətlə atıldım. Açılan atəşdən qorunmaq istədim. Yerə düşdüm. Məni Yermuk xəstəxanasına apardılar. Oradan da təşkilatın mənə verdiyi şəxsiyyət gərəyi Məhəmməd Mis əl- Həkim xəstəxanasına. Daha sonra daxili işlər nazirliyinə aparıldım. Sonra nazirlik vəkili məlumat bürosuna aparıldım. Məni sorğuladılar. Sonra nazirlikdə iki gün qaldım. Sonra İraq hökuməti məni ABŞ güclərinə təslim etdi. Əbu Gureyb həbsxanası xəstəxanasına aparıldım. Yanıq və yaralarımın yaxşılaşması üçün müalicəyə alındım. Xəstəxanada 6 ay qaldım.
-Səudiyyə ərəbistana nə vaxt təslim edildin?
-Təslim edilmədən əvvəl daxili işlər nazirliyindən 3 Səudiyyə ərəbistanlı zabit gəldi. Əbu Gureyb həbsxanasındakı Səudiyyə ərəbistanlı məhbuslarla görüşdülər. Mən də onlardan biriydim. Bizdən məlumat aldılar. Ehtiyaclarımızı öyrəndilər. Məndən atama bir məktub yazmamı istədilər. Məndən məlumat aldılar. Məni ölkəmin alıb almayacağını soruşdum. Bunun üçün çalışırıq dedilər. İraqa sizə kömək üçün gəldik, dedilər. Amma özünüzü bu problemin içinə siz soxdunuz, dedilər.
Bir ay sonra Amerikalı bir dedektif məni çağırtdı. Səni Səudiyyə ərəbistana təslim edəcəyik dedi. Həqiqətən də bir həftə sonra təslim edildim. Xüsusi bir təyyarədəydik. Riyadda bizi daxili işlər nazirliyindən üst səviyyə bir zabit qarşıladı. Qarşılama salonuna girmədən ailəmin məni gözlədiyin söylədi. Çox sevincliyəm. .
-Bu təcrübədən nə əldə etdin?
-Əldə etdiyim faydadan əvvəl Müsəlmanlara xüsusilə də gənclərə bu hadisədən ibrət və dərs aldığımı söyləməliyəm. Mənim səhvimdən dərs alsınlar və eynisinə düşməsinlər. Eyni şəkildə İraqa yaxud başqa bir qarşıdurma bölgəsinə getməsinlər.
Mənim əldə etdiyim faydaya gəlincə sayıla bilməyəcək qədər çox. “Həyat dərsi” aldım. Bu asan deyil. Az daha dəlalətdə qalacaqdım. O partlama bir çox günahsız insanın qanını axıtmışdı. Allahdan niyyətim üçün məni bağışlamasını diləyirəm.
-Gənclərimizi bu bölgələrə getməkdən necə qoruya bilərik?
-İlk olaraq nəsihətlə. Niyə bu bölgələrə getmənin qadağan olduğu izah etməliyik. Niyə bunun nəfsi təhlükəyə atmaq olduğu izah etməliyik. Bu mövzuda çox əskiyimiz var.
İkincisi İslami kitabxanalara baxdığımızda bir çox kaset və kitabın insanı həmasatla doldurduğunu görürük. Bunlar təhrikedici marşlar ya da kitablar ola bilir. Bütün bunlar rəflərdən və dükanlardan qaldırılmalıdır. Bu bir laqeydlikdir.
Mədəniyyət və media nazirliyinə iş düşür. Bu mövzuya əhəmiyyət verməlilər. Bu bir çox çalışqan insanın tələbidir. Gerçəyi bilən, terror atəşini görənlərin istəyidir. Çünki gəncləri qışqırdan və döyüş atəşini yaxan çəkincəli şeylər qaldırılmalıdır.
-Hal hazırda nəyə ehtiyacın var?
-Hal hazırda sağlamlığım yerindədir. Son olaraq əhəmiyyətli bir şey söyləmək istəyirəm. Daxili işlər Nazirliyi Şahzadə Məhəmməd b. Nayif b. Əbdüləziz Allahdan sonra vətənə dönməmin səbəb oldu. Daxili işlər nazirliyi yanıqlarımın müalicəsi və izlərinin aradan qaldırılması üçün dəstək verdi.
Xəstəxanadan həbsxanaya göndərildim. Sonra da qarovul proqramına alındım. Burada üzmə və idman fəaliyyətlərində iştirak etdik. Mütəxəssislərlə Şəri, psixoloji və ictimai görüşmələr oldu. Bir çox məsələni burada anladım.
Bəzi təhsil kurslarını hələ də xatırlayıram. Həqiqətən xoşbəxtəm. Bu proqramın çox faydasını gördüm. İçimdə sevgi, söhbət və minnət var. Hər məhbusun bu proqramdan faydalanmasını diləyirəm. Bu daxili işlər nazirliyimizin bir imtiyazıdır. Proqramı edən hər kəsə təşəkkür edirəm. Allah hamısının səylərini mübarək etsin.
Əhmədin atası
Əl Riyad qəzetinə danışan Abdullah b. Əbdürrəhman Əl Şayi bunları söylədi:
Əvvəlcə Daxili işlər nazirliyinə səylərindən ötəri təşəkkür edirəm. Oğulum Əhmədi mənə geri gətirdilər. Xüsusilə də Daxili işlər naziri və təhlükəsizlikdən məsul köməkçilərinə təşəkkür edirəm. Onların bu davranışını əsla unutmayacağam.

Mənbə: Irakhaber.Com

Tərcümə Media-İslam.Com


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!