Orta şərq » Seçki anketlərində Əhmədinejad irəlidədir
İranda 12 İyunda ediləcək 10-cu dövr respublika başçısı seçkilərində ən şanslı namizədin Respublika başçısı Mahmud Əhmədinecad olduğu ifadə edildi.


TaymTurk xəbər verir ki, İran daxilində edilən son ictimaiyyət araşdırmalarına görə mühafizəkar namizəd Ahmedinecadın səsi yüzdə 58,6-a yüksələrkən, ən yaxın rəqibi islahatçı namizəd Mir Hüseyn Musəvinin səsi yüzdə 21,9-a gerilədi.

Paytaxt Tehranda isə Ahmedinejada olan xalq dəstəyi yüzdə 44,8-ə düşərkən, Musəvinin səsi yüzdə 29-a yüksəldi.

Tehrandakı 13 universitetdə bir müddət əvvəl edilən anketdə, şagirdlərin yüzdə 51,3-ü Respublika başçısı Ahmedinejada, yüzdə 26,4-ü Musəviyə səs verəcəyini ifadə etmişdi.

313NEWS.NET

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!