Dünyada » "İŞİD" Qərbə təhdid olmaqda davam edir

"İŞİD" yeni yayımladığı edam videosunda Əndəlus dövlətini süquta uğratmış İspaniyadan qisas almağa hazırlaşdığını bildirib. Onlar hədəflərinin Toledo və Kordova olduğunu açıqlayıb.

Videoda 5 məhkumun başından güllələnərək öldürüldüyü göstərilir. Edamın İraqın Nineviya (Neynəva) bölgəsində həyata keçirildiyi güman edilir. Müraciət edənin səlis fransızca danışması, onun Avropa mənşəli olduğu ehtimalını artırır. Müraciətdə Avropa aşkar şəkildə təhdid edilir.

313news sputniknews-a istinadən bildirir ki, fransız olduğu düşünülən silahlı, Əndəlus dövlətinin süqutunun intiqamını alacaqlarını bildirib. Hədəfdə isə Toledo və Kordova kimi yerlərin olduğu açıqlanıb.

Habelə, digər video müraciətdə İngiltərəyə də hədə-qorxu gələn "İŞİD", İslam prinsiplərini rəhbər tutaraq ölkə səviyyəsində hücumlar təşkil edəcəyini bildirib. Videoda "körpələrinizin belə saçları ağaracaq" ifadəsi xüsusi diqqət çəkib.

Müəllif: Qafar Əhmədov

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!