Dünyada » Bu gecə Mübarək "Məbəs" gecəsidir

Rəcəb ayının 27-si İslam aləmində "Məbəs" günü kimi qeyd edilir.

"Məbəs" günü Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Məhz, bu gecə Məhəmməd (s) Allahın rəsulu seçildi.

Rəcəb ayının 26-dan 27-ə keçən gecə - Besət (Məbəs) gecəsidir. Həzrət Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması - İslam tarixinin ən mühüm hadisələrindən biridir.

Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir.

Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir. Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər.

Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu. Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Bu gecə böyük, şərəfli və mütəbərrikə gecələrdən biridir. Bu bayram gecəsi münasibətiylə sizi təbrik edirik.

Mənbə : İslamazeri

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!